“Barselona“ Mourinyonun “Real Madrid“lə bağlı planlarını pozdu
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
"Barselona" FK Markus Reşfordun komandada qalması üçün çalışır.
Moderator.az xəbər verir ki, bu barədə barcablaugranes.com saytı məlumat yayıb.
Bildirilib ki, Kataloniya təmsilçisi ingilis futbolçunu heyətində saxlamağa maraqlıdır, lakin onun üçün tələb olunan 30 milyon avroluq sərbəstqalma məbləğini ödəmək istəmir.
Mövcud vəziyyət müəyyən şayiələrin yayılmasına səbəb olub. Belə ki, Joze Mourinyonun bu mövsüm "Real Madrid"də Alvaro Arbeloanın əvəzinə Reşfordla yenidən bir araya gəlməkdən məmnun olacağı iddia edilir.
"Mundo Deportivo" nəşri ingilis hücumçuya yaxın mənbələrdən əldə etdiyi məlumata əsasən bildirir ki, icarə əsasında çıxış edən oyunçu diqqətini tamamilə "Barselona"da qalmağa cəmləyib. Hazırda Reşford başqa komandalar barədə düşünmür və karyerasını "Barcelona"da davam etdirməyə böyük ümid bəsləyir. "Barselona" "Mançester Yunayted" ilə növbəti icarə müqaviləsi üzrə razılığa gəlməyə çalışır. Lakin "qırmızı şeytanlar" futbolçunu birdəfəlik satmaq niyyətindədir və bu yay Reşfordla digər bir çox klubların maraqlanacağına inanırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 20 May 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















