“Barselona” və PSJ eyni futbolçunu hədəfləyir
Icma.az bildirir, Apasport portalına istinadən.
İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Endi Diuf Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, İspaniyanın “Barselona” və Fransanın PSJ klubları 23 yaşlı futbolçunun transferini nəzərdən keçirirlər.
Bu barədə “CaughtOffside” nəşri məlumat yayıb.
Milan təmsilçisi fransalı yarımmüdafiəçini yanvar transfer pəncərəsində satmaq niyyətində deyil. Lakin “İnter” mövsümün sonunda 50-60 milyon avro məbləğində təklif alacağı təqdirdə Diufun ayrılığına razılıq verə bilər.
Qeyd edək ki, “İnter” Endi Diufu 2025-ci ilin yayında Fransanın “Renn” klubundan 28,5 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə İtaliya təmsilçisinin heyətində 7 rəsmi matça çıxıb və 3 məhsuldar ötürmə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 14 Oktyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















