PSJ “Barselona”nın transfer edə bilmədiyi futbolçunu istəyir
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Fransanın PSJ futbol klubu İspaniyanın “Atletik” (Bilbao) komandasının cinah hücumçusu Niko Uilyamsı transfer etmək imkanlarını nəzərdən keçirir.
İdman.Biz “Le Parisien”ə istinadən xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Luis Kampuş uzun müddətdir ispaniyalı futbolçunun çıxışını izləyir.
Xviça Kvaratsxeliya və Dezire Duenin dizlərinin çarpaz bağlarının qopması Fransa çempionunu transfer planlarına yenidən baxmağa vadar edib.
Hər iki cinahda oynamaq bacarığına malik Uilyamsın sürəti və fərdi ustalığı PSJ-nin baş məşqçisi Luis Enrikenin tələblərinə uyğundur.
İspaniya millisinin üzvü 2025-ci ilin yayında “Barselona”ya keçməyə yaxın olsa da, 4 iyulda “Atletik”lə müqaviləsinin müddətini 30 iyun 2035-ci ilədək uzadıb. Yeni müqaviləyə əsasən, futbolçunun sərbəstqalma məbləği 50 faizdən çox artırılıb. Buna baxmayaraq, həmin məbləğ 100 milyon avrodan (200 milyon AZN) aşağıdır.
Paris təmsilçisi üçün əsas çətinliyin transferin maliyyə tərəfi deyil, futbolçunu Bilbao klubundan ayrılmağa razı salmaq olacağı bildirilir.
PSJ həmçinin Almaniyanın “Leyptsiq” futbol komandasının norveçli hücumçusu Antonio Nusanın və İngiltərənin “Çelsi” klubunun braziliyalı futbolçusu Estevaonun namizədliyini nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 24 Noyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















