Barselona Yuventus un müdafiəçisi ilə maraqlanır
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın "Barselona" klubu Aleş Baldenin komandadan ayrılacağı təqdirdə Turin "Yuventus"unun və İtaliya millisinin müdafiəçisi Andrea Kambyazo ilə müqavilə imzalamaqda maraqlıdır.
"Report" "Calciomercato"ya istinadən xəbər verir ki, İtaliya klubu 26 yaşlı futbolçunun transfer qiymətini 30 milyon avro müəyyənləşdirib.
Bununla yanaşı, "Yuventus" da Balde ilə maraqlanır. Kataloniya klubu müdafiəçinin transfer dəyərini 40–50 milyon avro arasında qiymətləndirir.
Qeyd olunur ki, ispaniyalı müdafiəçi artıq qış transfer pəncərəsində icarə əsasında "Roma"ya keçə bilər. Müqavilədə futbolçunun sonradan satın alınması imkanı da nəzərdə tutula bilər.
Kambyazo cari mövsümdə bütün turnirlərdə altı oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun "Yuventus"la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 15 milyon avrodur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 25 Oktyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















