Icma.az
close
up
RU
® Barselonada “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

® Barselonada “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyulun 4-də Barselonanın Palau Dalmases sarayında “NARGIS” jurnalının təşkilatçılığı ilə “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatına həsr olunmuş möhtəşəm mədəniyyət axşamı keçirilib. Dil, illüstrasiya və hekayə vasitəsilə Azərbaycanın mədəni irsini canlandıran bu unikal layihə Rabat, Doha, Berlin və digər şəhərlərdəki uğurlu təqdimatlardan sonra öz beynəlxalq mədəni səyahətini Barselonada davam etdirib.

Gecə geniş auditoriyanı bir araya toplayıb. Qonaqlar arasında Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin nümayəndələri, bu ölkənin aparıcı media qurumlarının təmsilçiləri, yaradıcı ziyalılar, tələbələr, gənclər və Kataloniyadakı Azərbaycan diasporasının üzvləri yer alıb. Tədbirin açılışında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib.

Qonaqlar zəngin proqramlı gecədən zövq alıblar: Rəşad Ələkbərovun layihə üçün xüsusi olaraq yaratdığı “Welcome to Baku” adlı instalyasiya, “History in Letters” sənədli animasiya filminin nümayişi (filmin prodüseri və rejissoru Meran İsmayılsoy, ssenarist Ağamehdi Abidov, rəssamlar Kənan Şeyxzamanlı və Nərgiz Heydər), Azərbaycanın müxtəlif bölgələrinə məxsus milli geyimlərin sərgisi, milli mətbəximizin təamlarından ibarət qastronomik hissə, pianoçu Etibar Əsədli və tar ifaçısı Şəhriyar İmanovun iştirakı ilə keçirilən musiqi proqramı. Axşamın simvolik rəmzlərindən biri isə Teymur Qəribovun hazırladığı büllur kristal olub. Bu incə əsər saf dəyərlərin, mədəniyyətin və əbədiyyətin poetik metaforası kimi təqdim edilib.

Tədbir İspaniya Krallığındakı Azərbaycan Respublikasının Səfirliyinin və Kataloniyada Azərbaycan diasporunu təmsil edən Barselonadakı Azərbaycan Evinin (Casa Azerbaiyán en Barcelona) dəstəyi ilə təşkil olunmuşdur.

Qeyd edək ki, “Əlifba. A Cultural Alphabet” Azərbaycanın əlifbası vasitəsilə mədəni irsə aparan bir səyahətdir. Hər bir hərf qədim memarlıq nümunələrindən və sənətkarlıq ənənələrindən tutmuş folklor obrazları və görkəmli şəxsiyyətlərə qədər milli kimliyin müxtəlif tərəflərini təqdim edir. Kitab həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub və Azərbaycanın zəngin mədəniyyətini dərindən tanıtmaq məqsədi daşıyır.

Layihənin ideya müəllifi və rəhbəri “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmuddur. O, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi təşəbbüslərlə tanınır. Kitab ilk dəfə 2019-cu ildə işıq üzü görüb və o vaxtdan bəri müxtəlif ölkələri əhatə edərək bir neçə dilə tərcümə olunub. Kitabın illüstrasiyaları tanınmış rəssam Orxan Hüseynova məxsusdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri