Barselonada küçə iğtişaşları 100 dən çox şəxs saxlanıldı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
İspaniyanın Kataloniya muxtar vilayətinin paytaxtı Barselonada sosial şəbəkələrdə edilən çağırışlardan sonra kütləvi iğtişaşlar və talanlar baş verib.
“Qafqazinfo” “El País” nəşrinə istinadən xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.
Nəşr yazır ki, iğtişaşlar axşam saat 18:00 radələrində başlayıb və bütün gecə boyunca davam edib. Şəhərin mərkəzinə axışan yüzlərlə gəncin aksiya keçirməkdə dəqiq məqsədi məlum olmasa da, nümayişlər kütləvi vandalizmlə müşayiət olunub.
İğtişaşçılar zibil konteynerlərini yandırıb, dayanacaqları dağıdıb, velosipedləri və motosikletləri yararsız hala salıb, mağazaları qarət ediblər. Əməliyyat şəraitinə müdaxilə edən hüquq-mühafizə orqanları 100-ə yaxın şəxsi saxlayıb. Saxlanılanların dörddə birinin yetkinlik yaşına çatmayan gənclər olduğu bildirilir.
Kataloniya muxtar vilayətinin rəhbəri Salvador İlya baş verənləri sərt şəkildə qınayaraq zorakılığın yolverilməz olduğunu bəyan edib:
“Kataloniyada zorakılığa yer yoxdur. Heç vaxt olmamalıdır! Ərazidə etiraz etmək demokratik bir hüquqdur. Lakin hücumlar, qorxutma və dövlət/özəl əmlaka ziyan vurmaq demokratik hüquq sayıla bilməz”.
Barselona meri Xaume Kolboni də iğtişaş törədənlərin cəzalandırılacağını diqqətə çatdırıb:
“Baş verənlər cavabsız qalmayacaq. Yetkinlik yaşına çatmayanların əməllərinə görə onların valideynləri birbaşa hüquqi məsuliyyət daşıyacaqlar. Biz şəhərin dağıdılmasına asla icazə verməyəcəyik”
Baxış sayı:97
Bu xəbər 25 Oktyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















