“Barselona”ya niyə keçdiyini açıqladı
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona”nın yeni transferi Kərim Adeyemi İspaniya nəhənginə keçidinin əsas səbəbini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, 24 yaşlı almaniyalı futbolçu La Liqaya gəlişində baş məşqçi Hansi Flikin həlledici rol oynadığını bildirib.
“Hansi Flik indi burada olmağımın əsas səbəbidir. Onunla çox söhbət etdik və ilk andan böyük bir inam hiss etdim. Komandaya məqsədlərinə çatmaq üçün baş məşqçinin tələb etdiyi hər cür köməyi göstərməyə hazıram”, – deyə Adeyemi Kataloniya klubunun rəsmi saytına açıqlamasında qeyd edib.
Xatırladaq ki, almaniyalı hücumçu bir neçə gün əvvəl “Barselona”ya transfer olunub. Kataloniya təmsilçisi bu keçid üçün Dortmund “Borussiya”sına 22 milyon avro ödəyib. Müqavilədə əlavə 7 milyon avro bonus nəzərdə tutulub.
Baxış sayı:74
Bu xəbər 26 İyul 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















