Icma.az
close
up
RU
Baş ağrısını ev şəraitində yüngülləşdirməyin 10 yolu

Baş ağrısını ev şəraitində yüngülləşdirməyin 10 yolu

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baş ağrısı adətən keçici olmaqla yanaşı, gündəlik həyatda çox rast gəlinən ağrı növüdür. Bu ağrılar beyin, ətraf sinirlər, əzələlər və qan damarlarının ağrı siqnalı göndərməsi ilə meydana çıxır. Stress, yuxusuzluq, qidalanma pozğunluğu, göz yorğunluğu və əzələ gərginliyi kimi faktorlar baş ağrısına yol açır.

Pravda.az bildirir ki, əgər baş ağrısı tez-tez təkrarlanırsa, bu halın altında sinusit, miqren, menenjit və ya nevroloji problemlər dayanır.

Baş ağrısı növləri: birincili və ikincili

Baş ağrılarının 150-dən çox səbəbi olsa da, bunlar əsasən birincili və ikincili olaraq iki qrupa bölünür.

Birincili baş ağrıları (Gərginlik tipi baş ağrısı)

Ən çox rast gəlinən baş ağrısı növü olan gərginlik tipi baş ağrısı daha çox qadınlarda müşahidə olunur. Alın və boyun nahiyəsinə yayılan, fiziki fəaliyyətlə ağırlaşmayan bu ağrıya çox nadir hallarda işıq və səsə qarşı həssaslıq müşahidə oluna bilər. Xroniki halda ayda ən az 15 gün və ildə ən az 6 ay davam edir.

Əlamətləri:

Başın hər iki tərəfində təzyiq və sıxılma hissi

5-10 dəqiqədən günlərlə davam edən ağrı

Nadir də olsa, yüngül bulantı və səsə-işığa qarşı həssaslıq

Əsas səbəblər: psixoloji stress, əzələ gərginliyi, yuxusuzluq və dərmanların həddindən artıq istifadəsi

Miqren tipi baş ağrısı

İkinci ən çox rast gəlinən birincili baş ağrısı növü olan miqren qadınlarda daha çox müşahidə olunur və genetik meyillilik göstərə bilər. Bəzi qidalar, hormonal dəyişikliklər, yuxu pozğunluğu və stress miqreni tetikleyə bilər.

Əlamətləri:

4-72 saat davam edən ataklar

Zonklayıcı və tək tərəfli ağrı

Bulantı və qusma ilə müşayiət oluna bilər

Fiziki fəaliyyətlə daha da şiddətlənə bilər

İşığa və səsə qarşı yüksək həssaslıq

İkincili baş ağrıları

İkincili baş ağrıları müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər.

Dərman istifadəsi ilə bağlı baş ağrısı

Bəzi dərmanlar, hətta baş ağrısı üçün istifadə edilən dərmanların həddindən artıq istifadəsi belə ağrıya səbəb ola bilər.

Beyin şişi və ya anevrizma

Baş ağrısı ilə yanaşı görmə pozğunluğu, qulaqda səs və şəxsi dəyişikliklər varsa, beyin şişi və ya beyin qanaması ehtimalı nəzərə alınmalıdır.

Spinal və sinüs mənşəli baş ağrıları

Beyin-omurilik mayesinin azalması və ya sinüzit kimi hallarda alın, yanaq və dişlərdə ağrı müşahidə olunur.

Travma sonrası və yüksək təzyiqlə bağlı baş ağrıları

Qəza və zədələrdən sonra, eləcə də yüksək təzyiq səbəbilə alın və ense bölgəsində baş ağrısı baş verə bilər. Burun qanaması müşahidə edilərsə, bu beyin qanamasına qarşı qoruyucu reaksiya ola bilər.

Hormonal dəyişikliklər və göz təzyiqi

Adət dövrü, menopauza və hamiləlikdə baş verən hormonal dəyişikliklər də baş ağrısına səbəb ola bilər. Qapalı bucaqlı qlaukoma isə kəskin baş ağrısı ilə müşayiət oluna bilər.

Baş ağrısına nələr yaxşı təsir edir?

Aşağıdakı üsullar baş ağrısını yüngülləşdirə və ya aradan qaldıra bilər:

Soyuq və ya isti kompres tətbiqi

Bol su içmək

Çobanyastığı, zəncəfil çayı içmək

Az miqdarda qəhvə və ya çay içmək

Nanə və ya lavanda yağı ilə masaj

Sakit və qaranlıq otaqda dincəlmək

Yuxu rejiminə əməl etmək

B kompleksi və maqnezium kimi əlavə vitaminlər qəbul etmək

Səs-küydən uzaq durmaq

Diş ağrısından qaynaqlanırsa duzlu su ilə qarqara etmək

Baş ağrısının qarşısını almaq üçün nə etmək olar?

Maqnezium və B vitamini kompleksi qəbul edin

Kəskin qoxulardan uzaq olun

Düzgün və kifayət qədər yatın

Gözlərinizi tez-tez istirahət etdirin

Uzun müddət eyni vəziyyətdə qalmayın

Kafein istehlakını məhdudlaşdırın

Qida həssaslığını müəyyənləşdirib uyğun olmayan qidaları tərk edin

Spirt və siqaret kimi tetikleyicilərdən uzaq durun

Baş ağrısında nə zaman həkimə müraciət edilməlidir?

Aşağıdakı hallar müşahidə olunursa, dərhal həkimə müraciət etmək lazımdır:

Anidən başlayan və indiyə qədərki ən şiddətli baş ağrısı

Şiddəti getdikcə artan ağrı

İkiqat və ya bulanıq görmə

Qusma ilə müşayiət olunan, lakin bulantısız ağrı

50 yaşdan sonra başlayan baş ağrısı

Travmadan sonra yaranan ağrı

Boyun tutulması və ya yüksək hərarətlə müşayiət olunan ağrılar

Baş ağrısı necə müalicə olunur?

Müalicə baş ağrısının səbəbinin müəyyənləşdirilməsinə əsaslanır. Əsas müalicə üsulları:

Stressin idarə olunması: Dərin nəfəs alma, meditasiya və relaksasiya texnikaları

Dərman müalicəsi: Sadə ağrıkəsicilər, triptanlar və digər xüsusi dərmanlar

Əminə Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Aprel 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see491

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see279

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see208

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see154

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see124

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see122

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see119

Azərbaycan boksçuları Gürcüstandakı turnirə qatılacaqlar

04 İyun 2025 20:09see117

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see116

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see114

“Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransı keçirilir

04 İyun 2025 19:58see114

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see114

Daşkənddə Azərbaycan və Özbəkistan arasında kitabxana, tərcümə və nəşr sahələrində əməkdaşlıq müzakirə olunub

04 İyun 2025 22:33see113

Müəmmalı seysmik siqnalların SİRRİ AÇILDI

04 İyun 2025 20:40see113

Həmrəylik nümayişi, həm də bir xalq olaraq şərəfli missiyamızdır

04 İyun 2025 21:29see113

Cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır İlahiyyatçı DANIŞDI

05 İyun 2025 10:34see112

Aile saadeti nin yayım tarixi bəlli OLDU

04 İyun 2025 21:34see112

Turistin Şimali Koreya barədə təəssüratları...

04 İyun 2025 22:25see112

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see111

Sürücülərin diqqətinə Sabahdan etibarən...

05 İyun 2025 10:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri