Icma.az
close
up
RU
Baş direktor: Gürcüstan Azərbaycan tərəfdaşlığı Cənubi Qafqazın iqtisadi inkişafında lokomotiv rolunu oynayır MÜSAHİBƏ

Baş direktor: Gürcüstan Azərbaycan tərəfdaşlığı Cənubi Qafqazın iqtisadi inkişafında lokomotiv rolunu oynayır MÜSAHİBƏ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 aprel, Tamilla Məmmədova, AZƏRTAC

Ötən həftə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutub. Görüş zamanı tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu bir daha təsdiqləyib, siyasi dialoqun dinamizmini və iki ölkə arasında strateji tərəfdaşlığı vurğulayıblar. Xüsusilə enerji və nəqliyyat sahələri də daxil olmaqla müxtəlif istiqamətlərdə həyata keçirilən birgə layihələrə diqqət yetirilib. Prezident İlham Əliyevin sözlərinə görə, bu layihələr təkcə Bakı və Tbilisi üçün deyil, həm də daha geniş regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev siyasi təmasların davamlı xarakter daşıdığını qeyd edərək bildirib ki, iki ölkə arasında dialoq müntəzəm şəkildə aparılır və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mövcuddur.

AZƏRTAC iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşılıq ilə bağlı Gürcüstanın Ticarət və Sənaye Palatasının baş direktoru, səfir David Aptsiauri ilə müsahibəni təqdim edir.

- Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Bakıya səfərinin iqtisadi əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu səfər ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın dərinləşməsinə dair real niyyəti nə dərəcədə əks etdirdi?

- İlk növbədə vurğulamaq lazımdır ki, iqtisadi amil Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsas komponentlərindən biri olub və qalmaqda davam edir. Bu məsələ yüksək səviyyəli bütün görüşlərdə xüsusi yer tutur. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıya son səfəri də istisna olmadı. Azərbaycan Prezidenti İlham Əliyev və digər yüksək vəzifəli rəsmlərlə keçirilən görüşlərdə iqtisadi gündəlik əsas mövzulardan biri oldu. Bu isə tamamilə məntiqlidir. Çünki ikitərəfli əməkdaşlığımızın əhəmiyyəti artıq regional çərçivələri çoxdan aşıb və qlobal rezonans doğurur. Konkret danışsaq, iqtisadi əlaqələrimizin inkişafında müsbət dinamika açıq-aşkar hiss olunur. 2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən 15 faiz artıb. Biz energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, ticarət və digər sahələrdə fəal əməkdaşlıq edirik. Azərbaycan, həm ticarət dövriyyəsinin həcminə, həm də investisiya fəallığına görə, Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olmağa davam edir. Bu səfər təkcə əldə olunmuş nəticələri təsdiqləməklə kifayətlənmədi, həm də strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mühüm istiqamətləri müəyyənləşdirdi.

- Orta Dəhlizin rolunu nəzərə alaraq Poti və Anakliya limanlarının real potensialı nədən ibarətdir? Mövcud geosiyasi çağırışlar fonunda Bakı–Tbilisi–Qars nəqliyyat xəttinin dayanıqlılığını necə qiymətləndirirsiniz?

- Poti və Anakliya limanlarının potensialı, həqiqətən də, çox böyükdür. Qlobal qeyri-sabitlik və sanksiya təzyiqləri şəraitində belə nəqliyyat marşrutları strateji əhəmiyyət kəsb edir. Bu limanlar bütün Cənubi Qafqaz üçün Avropaya açılan əsl qapılardır. Onların inkişafı, modernləşdirilməsi və Orta Dəhlizin nəqliyyat arxitekturasına inteqrasiyası əsas əhəmiyyət daşıyır. Xüsusilə də, Çinin Avropaya yüklərin quru yolu ilə, ənənəvi marşrutları keçməklə daşınmasına artan marağını nəzərə aldıqda, bu vacibdir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə gəldikdə isə, bu, olduqca uzaqgörən və vaxtında verilmiş bir qərar idi. Bu dəhliz təkcə logistik baxımdan səmərəli deyil, eyni zamanda mürəkkəb geosiyasi şəraitdə təhlükəsiz marşrut kimi də önə çıxır. Biz yük axınının ardıcıl olaraq artdığını müşahidə edirik və gələcəkdə bu marşrutun daha da böyük rol oynayacağı gözlənilir.

- Orta Dəhliz çərçivəsində yeni multimodal marşrutların hansı perspektivlərini görürsünüz? Gürcüstan və Azərbaycan bu marşrutların inkişafına necə töhfə verə bilər?

- Multimodal daşımalar sadəcə bir tendensiya deyil, bu artıq zərurətdir. Müasir şəraitdə dəmir yolu, dəniz və avtomobil nəqliyyatını birləşdirə bilən çevik sistem olmadan ciddi tranzit həcmlərindən danışmaq mümkün deyil. Orta Dəhlizin genişmiqyaslı modernizasiyaya ehtiyacı var – Xəzər dənizindəki liman infrastrukturundan tutmuş kadr hazırlığına qədər. Bizə müasir gəmilər, bərələr, logistika sistemləri və yeni idarəetmə standartları lazımdır. Xüsusi diqqət Xəzər dənizinə yetirilməlidir. Nəqliyyat vasitələrinin sayını artırmadan və idarəetməni təkmilləşdirmədən daşımaların həcmini ciddi şəkildə artırmaq çətin olacaq. Peşəkar kadr hazırlığına investisiya qoymaq da çox vacibdir. Çünki müasir və savadlı menecerlər olmadan ən mükəmməl texnika belə səmərəli işləyə bilməz.

- Ölkələrimiz arasında investisiya iqlimini necə xarakterizə edərdiniz?

- Gürcüstan və Azərbaycan arasında investisiya iqlimi kifayət qədər əlverişlidir. Hər iki ölkə biznes üçün yaxşı şərait yaradıb və bu, həm beynəlxalq reytinqlərdə, həm də real təcrübələrdə öz əksini tapır. Dövlətlər xarici investisiyaları dəstəkləyir, sabit iqtisadi baza mövcuddur. Bununla yanaşı, geosiyasi qeyri-sabitlik və qlobal bazarlardakı dalğalanmalarla bağlı xarici risklər mövcuddur. Lakin ümumilikdə, biz xarici tərəfdaşlarla müsbət işgüzar əməkdaşlıq təcrübəsinə malikik.

- Sizin fikrinizcə, ölkələrimiz arasında investisiya üçün ən perspektivli sahələr hansılardır?

- Artım üçün ehtiyatlar, doğrudan da, çox böyükdür. Məlumdur ki, hazırda ticarətin əhəmiyyətli hissəsi xammal məhsullarının payına düşür. Bu, müəyyən mənada normaldır, lakin artıq ixrac strukturunun şaxələndirilməsi və təkmilləşdirilməsi barədə düşünməyin vaxtıdır. Növbəti mərhələ – ən son texnologiyalar əsasında istehsal olunan məhsulların ticarətinin inkişafıdır. Biz Avropaya ixraca yönəlmiş birgə müəssisələr yarada bilərik. Bu, aqrobiznes, qida sənayesi, yüngül sənaye sahələri ola bilər. Bu kontekstdə Türkiyənin və digər ölkələrin təcrübəsi də çox maraqlı ola bilər. Nə üçün üçtərəfli əməkdaşlıq formatı qurulmasın?

Bundan əlavə, artıq növbəti mərhələyə keçmək lazımdır – texnoparklar, startap-inkubatorlar, rəqəmsal platformalar. Niyə də Çin, Hindistan və digər innovasiya liderlərinin təcrübəsindən yararlanaraq birgə texnopark yaratmağı düşünməyək?

- Siz birgə istehsal sahələrinin yaradılması ideyasına toxundunuz. Sizin fikrinizcə, hazırda hansı istiqamətlər daha aktualdır?

- Mən əminəm ki, əməkdaşlığın yeni mərhələsinə keçməyin vaxtıdır. Bu da sənaye sahəsində layihələrin reallaşdırılmasıdır. Çünki xidmət sektoru artıq kifayət qədər yüklənib. Layihələrə daha çox gənc nəsli – mühəndisləri, biznesmenləri, menecerləri – cəlb etmək lazımdır. Onlar artıq süni intellekt, blokçeyn, avtomatlaşdırma terminləri ilə düşünürlər. Yalnız bu yolla Gürcüstan və Azərbaycanın iqtisadiyyatını XXI əsrdə rəqabətədavamlı edə bilərik.

- Gürcüstan-Azərbaycan tərəfdaşlığı Cənubi Qafqazın iqtisadi inkişafında lokomotiv rolunu oynaya bilərmi?

- Təkcə oynaya bilər yox, artıq bu rolu oynayır. Ölkələrimiz arasında sabitlik və əməkdaşlıq olmadan bütün regionun inkişafından danışmaq mümkün deyil. Gürcüstan və Azərbaycan təkcə Şərqlə Qərb arasında coğrafi körpü deyil. Bu, həm də göstərir ki, milli maraqların və beynəlxalq tərəfdaşlığın balansına əsaslanan düşünülmüş siyasət konkret nəticələr verə bilər. Biz tranzit və sənaye potensialımızı reallaşdırıb, həm də Mərkəzi Asiya, Yaxın Şərq, Çin və Avropa üçün əsl iqtisadi cazibə mərkəzinə çevrilə bilərik. Əsas məsələ odur ki, biz yüksək səviyyəli görüşləri davam etdirmklə yanaşı, eyni zamanda əməkdaşlığa daha fəal şəkildə ekspertləri, sahibkarları, müasir sahibkarlıq düşüncəsinə malik gənc mütəxəssisləri də cəlb edək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri