Baş katib: 6 cı ECO biznes forumu regional əməkdaşlığın arxitekturasında mühüm sütunlardan biridir
Icma.az bildirir, Azertag portalına istinadən.
Şuşa, 2 iyul, AZƏRTAC
ECO Zirvə toplantılarının ayrılmaz hissəsinə çevrilmiş 6-cı ECO biznes-forumu regional əməkdaşlığın ümumi arxitekturasında mühüm sütunlardan biridir. Bu forum sadəcə siyasət müzakirələri üçün platforma deyil – bu, fəaliyyətə keçid üçün bir vasitədir.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Əsəd Məcid Xan Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.
“Forumda region ölkələrinin liderləri, ticarət-sənaye palataları və ECO Ticarət və Sənaye Palatasının nümayəndələrinin fəal iştirakı bizi xüsusilə ruhlandırır. Həmçinin bu forum hökumətlərlə özəl sektor arasında dərin və məzmunlu dialoqu təşviq etməyə, aparılan müzakirələri real tərəfdaşlıqlara və iqtisadi baxımdan səmərəli layihələrə çevirməyə xidmət edir", - deyə Baş katib diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















