Icma.az
close
up
RU
Baş katib: Xizək alpinizmi üzrə dünya çempionatına ev sahibliyi tək federasiyanın deyil, bütün Azərbaycanın uğurudur

Baş katib: Xizək alpinizmi üzrə dünya çempionatına ev sahibliyi tək federasiyanın deyil, bütün Azərbaycanın uğurudur

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

Uzun müddətdir dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ilə üçün əlimizdən gələni edirdik. Bunun üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) müraciət də ünvanlamışdıq. Onlarla apardığımız diskussiyalar sayəsində yeni turnirlərə qapı açdıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova 2027-ci il xizək alpinizmi üzrə dünya çempionatına ev sahibliyi hüququnun Azərbaycana verilməsi ilə bağlı danışarkən deyib.

Federasiya rəsmisi bunun sevindirici hal olduğunu bildirib: “Yarışlar yeniyetmələr və böyüklər arasında olacaq. Dünya çempionatında sprint, vertikal, individual, komanda və qarışıq estafet (mixed relay) növlərdə yarışlar keçiriləcək. Qısa zaman ərzində böyük uğurlara imza atdıq. Qarşıdakı iki il ərzində biz Dünya Kuboku, Avropa və dünya çempionatlarına ev sahibliyi edəcəyik. Düşünürəm ki, bu, təkcə federasiyanın deyil, bütün Azərbaycanın uğurudur. Çalışacağıq ki, həm təşkilatçılıq, həm də digər məsələlərdə ölkəmizi layiqincə təmsil edək”.

Qeyd edək ki, dünya çempionatının 2027-ci il fevralın 28-dən martın 7-dək "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur. Həmçinin 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları da təşkil olunacaq.

Avropa çempionatının 2026-cı il martın 4-8-də, Dünya Kubokunun isə martın 6-8-də keçirilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri