Icma.az
close
up
RU
Baş məşqçi çox şeyi mətbuat konfransında deyə bilmir Samir Abasov

Baş məşqçi çox şeyi mətbuat konfransında deyə bilmir Samir Abasov

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 30-cu turunda "Zirə"yə 4:2 hesabı ilə uduzduqları oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Dəfələrlə demişəm ki, problemlərimizi bilirik. Buna sual verirlər ki, biliriksə niyə düzəltmirik. Bu, çətin prosesdir. Həmin zaman həll olunmur. Təkcə bu oyundan danışmıram, hər oyunda olanları deyirəm. Bütün oyunlarda elə komponentlər var ki, dəyişə bilmirik. Hansı epizodla öndə olsaq da, nə qədər epizod yaratsaq da... Bu oyunda da iki qol vurduq, Ağadadaş da təkbətək çıxdı, qırmızı vərəqə də qazandıra bilərdi. Rəqibin hər etdiyi hücum təhlükə ilə bitməli deyil. Bizə əks olan şeylər çoxdur və bunu indi aradan qaldıra bilmirik. Bu, reallıqdır və bunu deməliyik. Çalışırıq, oyuna başqa cür çıxaq. Bu gün baş verənlər biz dediklərimizin təsdiqidir. Birə-bir mübarizələrdə uduzuruq. Hər bir hücum qapımızda təhlükə yaradır. Bu da təkbətək mübarizədə uduzmağın nəticəsidir. Təkcə biz yox, statistika da bunu deyir. Özümüzə təsəlli olaraq kubok qalıb. Çox çətin bir oyuna gedəcəyik. Hazırda futbolçuların üzərinə düşüb olan problemləri daha çox qabartmaq istəmirəm. Çünki bu ili qurtaracaq bir oyuna çıxmalıyıq. Fikirləşirəm ki, həmin matça fərqli motivasiya ilə çıxmalıyıq. Karyeramızın son oyununa kimi çıxmalıyıq. Başımıza gələnlər bildiyimiz şeylərdir. Amma bunları aradan qaldırmaqda çətinlik çəkirik. Bu mövsüm çox çətin görsənir. Çox şeylər var ki, baş məşqçi mətbuat konfransında açıb deyə bilmir. Bu, normal bir şeydir. Tək mən yox, köməkçilər və analitiklərlə oturub problemlərin nədən qaynaqlandığını deyirik. Sonra statistika və etdiyimiz şeyləri baxıb görürük ki, doğrudan da həmin şeylərdədir problem. 2:1 öndəyik, sonra əks-hücum edəndə topu itirib qol buraxdıq. Əks-hücumda top səndədir və son nöqtəni qoymalısan, amma topu itirirsən. Niyə itir və itməlidirmi – bunların da cavabını bilirik. Amma aradan qaldırmaq hələ ki, çətindir. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- "Sabah"la kubok matçında geridönüşə inanırsınız?

- Əlbəttə, inanıram. Nəzərə alaq ki, "Turan Tovuz"la oyundan sonra "Sabah"ın baş məşqçisi də kuboka son çıxış yolu kimi baxdığını bildirmişdi. İkimizində məqsədi kubokdur. Amma inanıram və komandamı da inandırmağa çalışacağam. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, bundan xeyirli bir şey çıxarmağa çalışacağıq.

- Bütün bu durumda öz təqsirinizi görürsünüz?

- Çox yaxşı sualdır. Biz futbolçu, məşqçi və şəxs olaraq inkişaf etmək istəyiriksə, özümüz özümüzü də analiz etməliyik. Bunun ən yaxşı yolu özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Əlbəttə ki, bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Həmişə belədir. Nə qədər problemlər olsa da, baş verən proseslərdə günahımız var. Amma bu gün əl-qolumuzu sallamalı deyilik. Onsuz da bilirdik ki, "Neftçi"yə çətin dönəmdə gəlirik və problemli komandanı götürürük. Həmən gəlib hər şeyi düzəltmək yanaşması ilə də gəlməmişdik. Bu, düzgün olmazdı. Bilirdik ki, bu cür oyunlar olacaq və günahkar kimi baş məşqçini görəcəklər. Biz buna hazırıq. Düşünürəm, özümüzü tənqid edə bilməyimiz yüksək səviyyədədir. Bu cür faciə olan oyunlardan... Həqiqətən faciədir. Nəticə çıxarmalıyıq.

- “Sumqayıt”ın büdcəsi “Neftçi”dən aşağıdır, orada daha aşağı maaşa futbolçular oynayır. Onlarla işləmək çətin idi, yoxsa “Neftçi”nin futbolçuları ilə? Ümumiyyətlə, sizcə “Neftçi” adına uyğun iddialı olacaq kollektiv yığışıb?

- “Neftçi”də işləmək “Sumqayıt”da işləməkdən daha çətindir. “Sumqayıt”da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, biraz narahatlıq var. Bilirsən ki, hər oyundan sonra tənqid olur. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan. Amma “Neftçi”də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz və reaksiyamız birinci dönəmdən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, hər şeyi gözümüzün qabağına alaraq gəlmişik. “Neftçi”də çətindir. "Sumqayıt"a yeni gedəndə, məqsəd çempionatda qalmaq idi. Bunun öhdəsindən gəldik. Sonra da öz yığdığımız və hazırladığımız komanda ilə Konfrans Liqasına da getdik. İnşallah, bu il də işimizin öhdəsindən gələcəyik. “Neftçi”də çətin olsa da, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, hazırda iddialıdan uzaq bir komandayıq. 

- Rəşad Sadıqov bildirdi ki, Samir Abasov yaxşı və fərqli komanda hazırlayıb. Həmkarınızın tərifini necə şərh edərdiniz?

- Sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla çox yaxşı münasibətdəyəm. Onlar özləri bilir ki, nə yolun yolçusuyam və heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Bu yolu seçib ona uyğun ətrafdakıları yığanlar da var. Burada utanmadan dilə gətirənlər də var. Amma şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda öz "stoyka"sını saxlayan insanlar var. Rəşad kimi. Az olsa da, var. İş başındayıq. Allahdan arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Aprel 2025 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri