Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasında “Vilyarreal”la matç (3:1) zamanı Kevin De Bruyne ilə anlaşılmazlıq yaşayıb.
QOL.az xəbər verir ki, “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, italiyalı mütəxəssis bir neçə dəfə belçikalı yarımmüdafiəçiyə daha geriyə çəkilərək hücumların qurulmasında iştirak etməsini tapşırıb. Alleqrinin məqsədi Skott MakTomineyə rəqib qapısı yaxınlığında daha sərbəst oynamaq üçün imkan yaratmaq olub.
Lakin De Bruyne məşqçinin göstərişlərinə reaksiya verməyib və jestləri ilə daha irəlidə oynamağa üstünlük verdiyini göstərib.
Matçdan sonra Alleqri vəziyyəti qısa şəkildə şərh edib: “Bir-birimizi başa düşmədik”.
Qeyd edək ki, “Napoli” oktyabrın 17-də İtaliya çempionatında “Venesiya” ilə qarşılaşacaq. Komanda üç gün sonra isə Çempionlar Liqasında “Bodo-Qlimt”i qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 14 Oktyabr 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















