Icma.az
close
up
RU
Baş məşqçi öz oyunçularını yıxıb sürüdü!

Baş məşqçi öz oyunçularını yıxıb sürüdü!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin köklü klublarından olan ''Ankaragücü'' ağır günlər keçirməkdə davam edir.

Ötən mövsüm Əmrə Belözoğlunun başçılığı altında superliqada yerini qoruya bilməyərək 1-ci liqaya yuvarlanan paytaxt təmsilçisi bu liqada da uçurumun kənarına yuvarlanıb.
''Ankaragücü'' 35-ci turda səfərdə ''Manisa''ya uduzaraq 17-ci pilləyə, yəni düşmə zonasına gerilədi. Qarşılaşmanın ardından baş məşqçi Məsut Bakkal necə deyərlər, gözünü yumub ağzını açdı. Bakkal bu mövsüm Ankara klubunda çalışan 5-ci (!) məşqçidi. Aprelin 2-də komandanı qəbul edən təcrübəli mütəxəssis öz oyunçularını yıxıb-sürüyərək istefa verdiyini açıqladı:

''Paltardəyişmə otağına pul da gətiririk, dil də tökürük, amma oyunçuların vecinə deyil. Artıq rəhbərliklə danışmağımın vaxtıdı. Alınmır. Güclə bir şeyi alındırmaq düzgün deyil. Problem məndədisə, ayrılmağa hazıram. Amma məndən öncə bu mövsüm burda 4 məşqçi işləyib. Bu futbolçular mübarizə aparmaq istəmir. Belə oyun olar? Oyunçuları günahlandırmaq lazımdısa, bunu etməkdən çəkinmirəm. Çünki daha öncə heç vaxt belə bir şey görməmişəm. 11 oyunçu dəyişdirmək haqqım olsaydı, fasilədə hamısını dəyişərdim. İnsanda bir az xarakter olmalıdı. Mən bura sırf ''Ankaragücü'' üçün gəlmişəm. Danışıqlar zamanı 1 lirə də olsun, pul söhbəti eləmədim. Amma həyatımboyu belə bivec futbolçu qrupu ilə çalışmamışdım. Futbolçular heç nəyə reaksiya vermirlər. Qol buraxanda da normal qəbul edirlər. Mənim ayrılmağımla 5-ci məşqçi ayrılmış olacaq. Deməli problem məşqçilərdə deyil. Liqada qalmaq üçün oynayan çox klubları çalışdırmışam. Mövsümün bu hissəsində liqada qalmaq üçün oynayan bir komanda bu cür futbol sərgiləməməlidi. Bundan artıq məşqçi nə etməlidi? Toplanış keçirik, məşqlərdə hər şeyi izah edirik. Amma xeyri yoxdu. Artıq əsəblərim də bütün pozulub. Futbolda məğlub olmaq da var, qalib gəlmək də. Amma meydanda ən azı xarakterini, şəxsiyyətini göstərib mübarizə aparmalısan. Cəmi 2-3 həftədi gəlmişəm. Amma ayrılmağa hazıram. Qayıdan kimi rəhbərliklə danışacam".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Aprel 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri