Icma.az
close
up
RU
“Baş məşqçilərə əvvəlcə futbolçuları ilə danışmağı tövsiyə edərdim”

“Baş məşqçilərə əvvəlcə futbolçuları ilə danışmağı tövsiyə edərdim”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Mövsümün 2-ci yarısında faktiki hər turdan sonra baş məşqçilərdən biri hakim qərarları ilə bağlı etiraz edir.

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları da bu mənada istisna olmadı. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Araz-Naxçıvan”la oyunda qapılarına təyin olunan 2-ci penalti ilə bağlı belə dedi:

“İkinci epizodla bağlı 50-100 nümunə gətirərəm. Bir neçə klubumuzun blokdan istifadə etdiyini bilirik. VAR-a və meydanda olan hakimə belə epizodları göstərə bilərəm. Bu gün bizim xeyrimizə belə epizod olsaydı, deyərdilər ki, futbolçular bir-birini tuturdu və mübarizədi. Belə şeylərə öyrəşmişik. Hakimlər çox vaxt zərərimizə qərarlar qəbul edir. Digər məqamlarda da çoxsaylı dayanmalar oldu. Amma ilk hissəyə cəmi üç dəqiqə əlavə olundu. Hakimliyin üzərində çox dayanmaq istəmirəm”.


“Neftçi”nin baş məşqçisi Samir Abasov da oyunsonrası mətbuat konfransında Bassala Sambunun birbaşa “qırmızı” almasını doğru saymadı:

“Son vaxtlar verilən qərarlar, bizim matçlarda baş verən hadisələr məni narahat etməyə başlayıb. Bu hardan irəli gəlir? Hakimlər üçün də bu gün çox çətin idi, qaça-qaça meydançanı görmək... Amma elə epizodlar var ki, TV-də siz də, köhnə hakimlər də dəfələrlə vurğulayıblar. Bizə referilər seminar keçir. Hər epizod kitabdakı qədər olmur. Həmin vəziyyətə görə hər şeyi təhlil edib ondan sonra qərarlar verilməlidi. Bugünkü qırmızı vərəqəyə etiraz etdim və edirəm də. Top bizim oyunçudadı. Aqressivlik yox, top almaq yox. Ötürmə verir və ayağı rəqibə dəyir. Şiddət də yoxdu. VAR sistemi var. VAR-a baxa-baxa düşünməyə vaxt da olur. Sarı vərəqə də göstərmisən. "Qırmızılıq" bir şey yox idi, etiraz edirəm. Bir az diqqətli olmaq lazımdı. Başqa cür anlaşıla bilər. Bəzi epizodları qarşımıza qoyarlar ki, xeyrinizə qərarlar verilib. Referilərin düşdüyü vəziyyətdə kitaba yox, həmin vəziyyətə görə qərar vermələrini istəyirəm. Qırmızı vərəqə ağır idi”.


“Futbol+”in daimi eksperti Fariz Yusifov bu qərarlarla bağlı belə dedi:

“Hər iki oyundakı epizodları diqqətlə izlədim. Son iki turda baş məşqçilər hakimlərin üzərinə getmək istəyir. Amma baş məşqçilərə əvvəlcə futbolçuları ilə danışmağı tövsiyə edərdim. Komandada oyun qaydalarını bilən mütəxəssis olmasa da, əməkdaş olar. “Zirə”- “Araz-Naxçıvan” oyununda qapı qarşısında müdafiəçinin etdiyi hərəkəti diqqətlə izləmək lazımdı. Rəşad Sadıqovun özü də müdafiəçi olub. Qapı qarşısında futbolçunu qucaqlamaq qaydalar çərçivəsində deyil. Cüzi bir hərəkət olan zaman da müdafiə olunan komandanın xeyrinə qiymətləndiririk. Müdafiəçinin etdiyi epizod VAR-da da incələnir. Top havada olarkən futbolçunu top uğrunda mübarizə aparmasına imkan vermir. Bəlkə də güləşin bir növüdü. Burda necə penalti qərarı ilə razılaşmayaq? “Neftçi” – “Kəpəz” matçında hava şəraiti kəskin idi. Futbolçular hansısa addım atır, amma sonluğunu fikirləşmir. “Neftçi”nin oyunçusu bilərəkdən etmədi. Oyunçunun qorunmayan hissəsinə toxunuş edir. Halbuki həmin toxunuş futbolçuya ağır xəsarət yetirə bilər. Qaydalar bunu incələyir. Ən önəmlisi futbolçunun həyat və sağlamlığıdı. Bəlkə də “Neftçi”nin futbolçusu həmin epizodu izlədikdən sonra dərindən bir ah çəkib. Futbolçular da oyun qaydaları ilə bağlı təlimatlandırılmalıdı. Mövsümün sonuna az qalıb. Hər komandada bu qaydaları bilən bir əməkdaş lazımdı. Fikrimcə, hər iki oyunda hakimlər epizodları düzgün qiymətləndirdi. Komandalarla bir neçə dəfə söhbət aparmaq lazımdı. Hakimlər ilk növbədə öz adlarını qoruyur. VAR-a baxıb qərar vermək üçün çox gözəl şərait yaradılıb. Futbolçularda da müəyyən gərginlik var”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Mart 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri