Ukrayna Krım körpüsünə yeni zərbələr endirməyə hazırlaşır
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Krım körpüsünü tamamilə dağıtmaq məqsədilə ora yeni zərbələr endirməyə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumatlı hərbi mənbələrə istinadən bildirib.
"Prezident (Ukraynanın prezidenti -red.) onun tamamilə məhv edilməsini istəyir", - nəşrin həmsöhbəti bildirib və yeni hücumların hazırlandığını əlavə edib.
Qəzetin məlumatına görə, Volodimir Zelenski hərbi komandanlığa keçidin qalan hissəsinin dağıdılmasını istədiyini bildirib.
"The Telegraph"ın məlumatına görə, noyabrın 18-i Ukrayna pilotsuz uçuş aparatları və qanadlı raketləri körpüyə zərbələr endirib. Nəticədə dördzolaqlı avtomobil yolunun bir hissəsi və onu saxlayan tağ Kerç boğazına uçub.
Ukrayna kəşfiyyatı bildirib ki, "Neptun" raketləri həmçinin keçidin dəmir yolu hissəsinə ciddi ziyan vurub.
Nəşr qeyd edib ki, əməliyyat 11 müxtəlif silah sisteminin tətbiqini əhatə edib və körpü ətrafında Rusiyanın müdafiəsini zəiflətmək üzrə yeddimərhələli kampaniyanın yekunu olub.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Neptun" kompleksləri ilə təchiz olunmuş raket briqadası hücumda iştirak edib, növbəti gecə isə dəmir yolu aşırımına təkrar zərbə endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 28 Noyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















