Kanadada hicab və dini simvollara qadağa: Ali Məhkəmədən qərar
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kanada Ali Məhkəməsi ölkənin şərqində yerləşən Kvebek əyalətində dövlət sektoru işçilərinin dini simvollar taxmasını qadağan edən qanunun Konstitusiyaya uyğun olduğuna qərar verib.
Turkustan.az xəbər verir ki, “CBC News”un məlumatına görə, məhkəmə “21 saylı Qanun” kimi tanınan dünyəvilik qanununun qüvvədə qalmasını təsdiqləyib.
Məhkəmə qərarında qanunun Kvebek əyalətinin dünyəvilik və demokratiya prinsiplərinə dair “qanuni və tarixi öhdəliyindən” irəli gəldiyini bildirib.
Beləliklə, əyalət hakimiyyətinin dövlət sektoru işçilərinə iş yerlərində hicab, xaç və digər dini simvollar taxmağı qadağan etmək səlahiyyəti təsdiqlənib.
Kanada Ali Məhkəməsinin sədri Riçard Vaqner qərarla bağlı açıqlamasında deyib: “21 saylı Qanun Kvebekin azad və demokratik cəmiyyətdə dövlətin dünyəvi xarakterini qorumaq istiqamətində qanuni və tarixi öhdəliyindən irəli gəlir”.
Kanada Müsəlmanları Milli Şurasının (NCCM) baş direktoru Stiven Braun jurnalistlərə açıqlamasında Ali Məhkəmənin qərarının ölkə üzrə fundamental hüquqlara zərər vura biləcəyi barədə xəbərdarlıq edib.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:86
Bu xəbər 28 Noyabr 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















