Icma.az
close
up
RU
Baş nazir: “Avropa oyanmalıdır”

Baş nazir: “Avropa oyanmalıdır”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ABŞ-nin Ukrayna ilə bağlı siyasətindəki kəskin dəyişikliyə və son geosiyasi hadisələrə cavab olaraq, Avropanın oyanmalı və öz müdafiə siyasətini formalaşdırmalı olduğunu bildirib. 

"Cebheinfo.az" "Reuters"-ə istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bu həftə Ukrayna müharibəsi ilə bağlı mövqeyini dəyişərək, Prezident Volodimir Zelenskini “diktator” adlandırıb və müharibəyə görə Kiyevi günahlandırıb.

Tramp Ukraynaya xəbərdarlıq edib ki, əgər sülh üçün tez bir zamanda hərəkətə keçməsə, ölkəsini itirmək riski ilə üzləşəcək. Mitsotakis Salonikidə keçirilən konfransda çıxışı zamanı Avropanın geosiyasi və iqtisadi “letargiyadan” oyanmalı olduğunu vurğulayıb. 

O bildirib ki, son hadisələr və ABŞ-nin mövqeyindəki dəyişikliklər Avropanı daha tez hərəkət etməyə və uzun müddətdir müzakirə edilən qərarları reallaşdırmağa vadar edir. Baş nazir Avropanın öz müdafiə gücünü artırmalı və ABŞ-dən asılılığını azaltmalı olduğunu qeyd edib.

Xatırladaq ki, Mitsotakis bu açıqlamanı Fransa tərəfindən təşkil edilən və Avropa liderləri və Kanadanın iştirak etdiyi Ukrayna müzakirələri toplantısından sonra verib.

Avropa təhlükəsizlik məsələlərində uzun müddət ABŞ-ın NATO-dəki gücünə güvənib. Tramp isə Avropadan müdafiə xərclərini artırmasını və Ukrayna ilə bağlı gələcək sülh razılaşmalarına daha çox hərbi töhfə verməsini tələb edib. Lakin ekspertlər Avropanın ABŞ-nin dəstəyi olmadan bunu həyata keçirməkdə çətinlik çəkəcəyini bildirirlər. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri