Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü Fotolar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Oktyabrın 16-da Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirak edən beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb.
Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanda idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb, bu sahədə yaradılmış müasir infrastruktur və əldə olunmuş beynəlxalq nailiyyətlər barədə məlumat verilib.
Milli Paralimpiya Komitəsinin 30 illik fəaliyyəti ərzində Azərbaycan paralimpiyaçılarının mühüm uğurlar qazandığı diqqətə çatdırılıb.
Görüşdə beynəlxalq və milli paralimpiya komitələri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər, o cümlədən beynəlxalq paraidman yarışlarının təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















