Baş nazir parlamenti buraxdı növbədənkənar seçki olacaq
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın Baş naziri Pedro Sançes parlamenti buraxaraq növbədənkənar ümumi seçkilərin noyabrın 29-da keçirilməsinə qərar verib.
Modern.az xəbər verir ki, Sançes bu qərarı ölkədə mənzil böhranı ilə bağlı etirazların genişləndiyi və hökumətin mənzil siyasəti üzrə qanun layihələrinin parlamentdə rədd edildiyi bir vaxtda açıqlayıb.
Baş nazir parlamentdə siyasi fikir ayrılıqlarının dərin olduğunu bildirərək, bəzi deputatların razılaşmaya getməyi “xəyanət” kimi qəbul etdiyini deyib. Sançes həmçinin hökumətin seçicilərin dəstəyini almadan ölkənin gələcəyinə təsir göstərmək istəyən “nüfuzlu iqtisadi və sosial elita” ilə üzləşdiyini qeyd edib.
Onun sözlərinə görə, hökumət məsuliyyət götürmək istəməyən “tarixdəki ən pis müxalifət”lə işləməli olub.
Qeyd edək ki, oktyabrın 2-də İspaniya parlamenti mənzil böhranının qarşısının alınmasına yönəlmiş hökumət layihələrini rədd edib. Təkliflər arasında həssas qruplara aid kirayəçilərin 2030-cu ilə qədər evdən çıxarılmasına moratorium qoyulması və kirayə müqavilələrinin uzadılması da vardı.
İspaniyada mənzil böhranı 87 yaşlı əlil qadının evdən çıxarılmasından sonra daha da kəskinləşib. Hadisə ölkə üzrə etirazlara səbəb olub və Madriddə etiraz düşərgəsi yaradılıb. Oktyabrın 3-də mənzil qiymətlərinin yüksək olmasına qarşı paytaxt Madridlə yanaşı, digər şəhərlərdə də kütləvi aksiyalar keçirilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 05 Oktyabr 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















