Icma.az
close
up
RU
Baş nazir QƏRAR İMZALADI KONKRET

Baş nazir QƏRAR İMZALADI KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nazirlər Kabineti Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri”, eləcə də “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması” təsdiq edilib.

Qərar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir.

Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmur:

– Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş su ilə təmin edilməsi;

– Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su təchizatı;

– “Azərenerji” ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Su Məcəlləsinin 36-cı maddəsinə əsasən ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edirlər.

Torpaq sahibləri Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq

sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”na uyğun olaraq onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında həmin Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.

Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj sistemlərinə axıdıldıqda ödəniş 10 əmsal tətbiq edilməklə hesablanır.

Nazirlər Kabinetinin 6 mart 2026-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin 3.3.2-ci yarımbəndinə uyğun olaraq tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda, ödənişlər 0,7 əmsal tətbiq edilməklə hesablanır.

Su obyektlərinə tullantı sularının axıdılmasına görə müəyyən edilmiş ödənişlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri Nazirlər Kabinetinin 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödəniş normativləri”ndə nəzərdə tutulmuş ödənişlərdən azad etmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Aprel 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri