Icma.az
close
up
RU
Baş nazir TDT görüşündə Zəngəzur və Orta Dəhlizin əhəmiyyətindən danışdı

Baş nazir TDT görüşündə Zəngəzur və Orta Dəhlizin əhəmiyyətindən danışdı

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Türk dünyasının geostrateji mövqeyi ölkələrimiz üçün olduqca böyük üstünlüklər yaradır".

Avtosfer.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib.

O bildirib ki, Avropa ilə Asiyanı birləşdirən, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşən regionumuz beynəlxalq nəqliyyat və logistika baxımından mühüm əhəmiyyətə malikdir:

"Bu potensialdan daha səmərəli istifadə etmək üçün nəqliyyat bağlantılarının inkişafı və tranzit imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Bu xüsusda Orta Dəhlizin önəmi ayrıca vurğulanmalıdır. Son dövrdə bu marşrut Avrasiyanın nəqliyyat xəritəsində ən perspektivli, təhlükəsiz və etibarlı bağlantı xətlərindən birinə çevrilməkdədir. Birgə səylərimiz nəticəsində Orta Dəhliz üzrə tranzit daşımalar davamlı olaraq artmaqdadır. 2025-ci ildə bu artım 11%-ə yaxın təşkil edib (5 mln ton). Azərbaycan Orta Dəhlizin inkişafına böyük sərmayələr yatırıb, müasir nəqliyyat və logistika infrastrukturu yaradıb. Xəzər dənizində ticarət donanmasının gücləndirilməsi, beynəlxalq dəniz limanı imkanlarının artırılması, dəmir yolu və avtomobil yolu infrastrukturunun yenilənməsi, logistika mərkəzlərinin yaradılması bu istiqamətdə atılmış mühüm addımlardır".

"Əminik ki, üzv dövlətlər arasında koordinasiyanın daha da gücləndirilməsi, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi və tarif siyasətinin uyğunlaşması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq. Bu kontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması da böyük əhəmiyyət daşıyır. Bu layihənin önəmi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması ilə məhdudlaşmır. Bu layihə həm də bütün türk dünyasının birləşdirilməsi və bütövlükdə daha geniş region üçün yeni nəqliyyat və kommunikasiya imkanlarının açılması baxımından strateji əhəmiyyətə malikdir", - Ə. Əsədov vurğulayıb./oxu.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Aprel 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri