Icma.az
close
up
RU
Baş nazir ÜYİTin sədri ilə görüşdü

Baş nazir ÜYİTin sədri ilə görüşdü

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Baş nazir Əli Əsədov noyabrın 15-də Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri Səid Məhəmməd Əl Tayerlə görüşüb.

Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, görüşdə Bakıda keçirilən COP29-un önəmi qeyd edilib.

Tədbirdə qlobal miqyasda yaşıl keçidin sürətləndirilməsi ilə bağlı vacib qərarların qəbul ediləcəyinə əminlik ifadə olunub.

Ölkəmizdə “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması, istixana effekti yaradan qaz emissiyalarının azaldılması, işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması istiqamətində aparılan işlər, həmçinin bərpaolunan enerji sahəsində həyata keçirilən uğurlu layihələr barədə məlumat verilib.

Söhbət əsnasında yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri