Icma.az
close
up
RU
Baş nazir yeni qərar imzaladı

Baş nazir yeni qərar imzaladı

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Nazirlər Kabineti "Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı"nı təsdiq edib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Yol hərəkəti haqqında" qanuna əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA" informasiya sisteminə aşağıdakı məlumatlar ötürür:

1. kiçik elektrik nəqliyyat vasitəsinin operatoru olan hüquqi şəxsin adı və VÖEN-i və ya fərdi sahibkarın soyadı, adı və atasının adı, VÖEN-i;

2. kiçik elektrik nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən olunmuş eyniləşdirmə məlumatı, habelə operatoru tərəfindən müəyyən olunmuş eyniləşdirmə nömrəsi;

3. kiçik elektrik nəqliyyat vasitəsilə səfərin eyniləşdirmə nömrəsi, səfərin başlanma və başa çatma yeri, tarixi və vaxtı, səfər üzrə hərəkət marşrutu və sürəti barədə məlumatlar.

Qərar "Yol hərəkəti haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" 28 iyun 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında dövlət başçısının 24 iyul 2024-cü il tarixli fərmanının 2.1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Dekabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bayer” transferi rəsmiləşdirdi

28 May 2026 21:03see203

Bu əlamət insultun xəbərçisidir

29 May 2026 05:01see196

“Mənə demədin ki, iynə vururam?” Tolik müğənnini İFŞA ETDİ FOTO

29 May 2026 11:31see195

Niyə parlaq yuxulardan sonra özümüzü yorğun hiss edirik? Alimlərin cavabı

28 May 2026 18:30see184

ABŞ də 28 May münasibətilə bəyannamə imzalandı

28 May 2026 19:32see180

Macarıstan Ukraynaya silah və hərbi texnika göndərməyəcək FOTO

28 May 2026 23:58see180

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

29 May 2026 01:24see177

Qızımın səsi var, amma o siyasəti seçdi

29 May 2026 00:36see172

Turun mərkəzi oyunu Məmmədova tapşırıldı

28 May 2026 18:36see169

Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ

29 May 2026 04:05see167

Rusiya millisi Misirə uduzdu

29 May 2026 00:51see164

Tramp: İranla bağlanan müqavilə Hörmüz boğazının minalardan təmizlənməsini də əhatə edir

30 May 2026 02:35see161

Yaşlı insanlarda yaranan spesifik qoxunun səbəbi açıqlandı: Qarşısını almaq mümkündür

30 May 2026 04:03see158

İmişli dən futbol veteranlarına örnək addım FOTOLAR

28 May 2026 23:33see157

Rahim Sterlinq həbs edilib The Sun

30 May 2026 06:14see157

Türkiyəli ulduz üçün 55 milyon ödəyəcəklər?

30 May 2026 01:31see152

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

30 May 2026 04:46see150

Rakitiç: “Futbolun gələcəyi ordadır”

28 May 2026 22:51see149

Pentaqon Ağ Evdə UFC tədbiri üçün hərbçiləri cəlb edir

30 May 2026 05:10see148

“Hərə deyir ki, mən qalibəm” Prezident

28 May 2026 19:17see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri