Icma.az
close
up
RU

Baş nazirdən yeni qərar

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanması Qaydası təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Maliyyə Nazirliyi bu qərarın tətbiqi ilə bağlı müvafiq sektorlar üzrə aparıcı qurumların sektorlar üzrə strateji planlarının, habelə həmin sektorlarda fəaliyyəti olan təşkilatların sektorlar üzrə büdcə planlarının tərtibi, icrasına dair hesabatlılığı və monitorinqi sahəsində təlimatlandırma və koordinasiyalı işin təşkilinin təmin edilməsi məqsədilə “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”ı Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanması qaydası

Bu qayda Azərbaycan Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 5.7-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında sektorlar üzrə strateji planların hazırlanmasının ümumi normalarını müəyyən edir.

Bu Qaydanın məqsədi sektorlar üzrə strateji planların hazırlanması prosesinin əsas mərhələlərini, həmin planların strukturunu, onların icrası üzrə hesabatlılığı və monitorinqi müəyyən etməkdir.

Sektor üzrə strateji planın strukturu

Sektor üzrə strateji plan strateji və risk təhlillərinin nəticələri əsasında hazırlanan sektor üzrə ortamüddətli strateji siyasətdən və sektor üzrə icmallaşdırılmış büdcə planından ibarətdir.

Strateji təhlildə ortamüddətli dövrdə sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən daxili və xarici amillər nəzərə alınır. Daxili amillərə idarəetmənin vəziyyəti, resurs mövcudluğu (çatışmazlıqları), təşkilati struktur, texniki və məlumat sistemləri (bazaları), əməkdaşların potensialı və digər amillər, xarici amillərə isə iqtisadi şərait, qlobal rəqabət, demoqrafik və texnoloji trendlərə əsaslanan coğrafi şərait və qanunvericilik üzrə dəyişikliklər aid edilir.

Risk təhlilində sektor üzrə aparıcı qurum tərəfindən sektor qarşısında ortamüddətli dövrdə yarana biləcək, habelə sektor üzrə ortamüddətli hədəflərə nail olunmasına və maliyyə göstəricilərinə təsir edə biləcək risklər müəyyən edilir və onların qarşısının alınması (mitiqasiyası) və ya həmin təsirlərə uyğunlaşmanın (adaptasiyanın) təmin edilməsi üçün zəruri olan tədbirlər əks olunur.

Sektor üzrə strateji planın hazırlanması

Sektor üzrə aparıcı qurum strateji və risk təhlilləri əsasında sektor üzrə ortamüddətli strateji siyasətini, o cümlədən investisiyayönümlü layihələrə dair təkliflərini hazırlayır və Azərbaycanın İqtisadiyyat Nazirliyi (bundan sonra – İqtisadiyyat Nazirliyi) ilə razılaşdırmaqla cari il mayın 1-dək həmin sektorda fəaliyyəti olan təşkilatları məlumatlandırır, yaxud öz rəsmi internet səhifəsində dərc edir. Qaydada qeyd olunan strateji sənədlərdə və ya sosial-iqtisadi inkişaf konsepsiyasında dəyişiklik olduğu hallarda sektor üzrə aparıcı qurum sektor üzrə ortamüddətli strateji siyasətində dəyişikliklər edir.

Sektor üzrə strateji planda sektor üzrə aparıcı qurum tərəfindən müəyyən edilmiş hər bir proqram (o cümlədən altproqram) müəyyən tədbir və layihələrdən ibarət olan büdcə planı əsasında həyata keçirilir. Büdcə planı çərçivəsində icra olunan tədbir və layihələr üzrə nəticə göstəriciləri ölçülə bilən və real vəziyyəti əks etdirən meyarlar əsasında müəyyən edilir və müvafiq proqram (altproqram) üzrə müəyyən edilən strateji məqsədə və ya hədəfə (aralıq hədəfə) nail olunmasını təmin edir.

Monitorinq və hesabatlılıq

Monitorinq və hesabatlılığın əsas məqsədləri sektorlar üzrə strateji planların icrası üzrə hesabatın və büdcə planlarının monitorinqinin nəticələrinin hazırlanması və təqdim edilməsi, habelə sektorlar üzrə strateji planlara daxil olan proqramların (altproqramların) həyata keçirilməsi və tədbirlərin (layihələrin) icrasında yaranmış problemləri, o cümlədən gözlənilən nəticələrə və ya hədəflərə (aralıq hədəflərə) nail olunmamasının səbəblərini təhlil etmək, onların həlli üçün zəruri tədbirlər görmək və tövsiyələr verməkdən ibarətdir.

Sektor üzrə aparıcı qurum sektor üzrə strateji plana daxil olan proqramlara (altproqramlara) dair müəyyən edilən məqsəd və hədəflərə (o cümlədən aralıq hədəflərə) nail olunmasına məsuldur və bu məqsədlə sektorda fəaliyyəti olan təşkilatların büdcə planlarının icrasına nəzarət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Noyabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see632

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see531

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see284

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see251

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see248

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see219

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see200

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see198

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see198

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see191

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see181

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see176

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see173

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see172

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see168

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see165

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see162

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see154

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see152

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri