Pentaqon İranın Keşm adasına zərbənin səbəbini açıqlayıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ Silahlı Qüvvələri İranın Keşm adasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket buraxılışları üçün istifadə etdiyi iddia olunan obyektə zərbə endirib.
“Axios” portalının məlumatına görə, bunu Pentaqonun nümayəndəsi açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin rəsmisinin sözlərini “Axios”un və İsrailin “12-ci kanal”ının müxbiri Barak Ravid “X” sosial şəbəkəsində paylaşıb.
“Bu gün ABŞ qırıcı təyyarələri özünümüdafiə məqsədilə Keşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə yüksək dəqiqlikli sursatlarla zərbə endirib. Hücum SEPAH-ın Amerika qüvvələrinə və hərbi vasitələrinə qarşı təcavüzünə cavab olub”, – Pentaqon rəsmisi bildirib.
Bundan əvvəl İranın Hörmüzqan vilayəti rəhbərliyi Keşm adasına hücum edildiyini təsdiqləmiş, lakin yaşayış, ticarət və mühüm infrastruktur obyektlərinə ziyan dəymədiyini açıqlamışdı.
Zərbənin nəticələri və mümkün itkilər barədə əlavə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 18 Noyabr 2026 00:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















