Icma.az
close
up
RU
Baş nazirin müavini: Azərbaycan Çin münasibətlərində sıçrayışlı inkişaf dövrü yaşanır

Baş nazirin müavini: Azərbaycan Çin münasibətlərində sıçrayışlı inkişaf dövrü yaşanır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şanxay, 7 noyabr, AZƏRTAC

Bu gün əminliklə demək olar ki, Azərbaycan-Çin əlaqələri çox uğurlu inkişaf dövrünü yaşayır. Xüsusilə son iki il ərzində çox böyük hadisələr baş verib. 2024-cü ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanadakı zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin lideri Si Cinpinlə görüşü zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə qəbul edilib. Bu ilin aprelində isə Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı 20-yə yaxın sənəd imzalanıb. Onlar sırasında ən önəmli yer tutan məhz Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında sənədin qəbul olunmasıdır.

Bu sözləri AZƏRTAC-ın müxbirinə açıqlamasında Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev bildirib. O, Prezidentin avqustun sonunda-sentyabrın əvvəlində Çinə səfəri zamanı Sədr Si Cinpinlə bir daha görüşüb danışıqlar apardığnı deyib. “Aparılan danışıqlar, imzalanan sənədlər, əldə olunan razılaşmalar öz bəhrəsini verir. Azərbaycan-Çin münasibətlərində demək olar ki, sıçrayışlı inkişaf dövrü yaşanır”, - deyən Baş nazirin müavini əlavə edib ki, ilin 9 ayında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 28 faiz artaraq 3,4 milyard ABŞ dollarını keçib.

Ş.Mustafayev deyib ki, bu, çox önəmli bir rəqəm və həcmdir: “Düşünürəm ki, bu rəqəm artmaqda davam edəcək, çünki qarşılıqlı maraq çox böyükdür. Çin şirkətləri, Çin nümayəndə heyətləri Azərbaycana davamlı səfərlər edirlər, ölkəmizdə müxtəlif sahələrdə enerji, xüsusilə yaşıl enerji sahəsində, sənaye, investisiyalar, turizm sahəsində böyük layihələr həyata keçirməkdədirlər. Azərbaycanda 40-a yaxın iri layihə Çin şirkətləri tərəfindən həyata keçirilir. Bu şirkətlərin fəaliyyəti və layihələrin icra vəziyyətini müvafiq qurumlar izləyir, dəstək göstərir. Əminəm ki, bu layihələr də uğurlu olacaq, onların həm investisiya, həm ticarət dövriyyəsinə ciddi təsir göstərəcək”.

Azərbaycanın qeyri-neft ixracının şaxələndirilməsi istiqamətində önəmli addımlar atıldığını, hökumətin, müvafiq qurumların böyük həcmdə iş gördüyün deyən Hökumətlərarası Komissiyanın həmsədri əlavə edib: “Çində Azərbaycanın ticarət və şərab evləri fəaliyyət göstərir, Azərbaycan şirkətləri davamlı olaraq Çində keçirilən sərgilərdə, o cümlədən Şanxayda Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir. Sərgidə Azərbaycan pavilyonu fəaliyyət göstərir. Bu tədbirlər öz bəhrəsini verir, gələcəkdə də verəcək. Biz gələcəkdə daha ciddi uğurları görəcəyik”.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Şanxay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri