Baş nazirin müavini qəza ilə bağlı Rusiyadan narazılıq etdi Video
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Azərbaycan tərəfinin AZAL təyyarəsinin qəzaya uğramasının şəraitinin aydınlaşdırılması üzrə işini çox mütəşəkkil adlandırıb.
Axar.az xəbər verir ki, bu barədə Bozumbayev Rusiya mediasının sualını cavablandırarkən deyib.
“Azərbaycanlı həmkarlar identifikasiya işi baxımından çox mütəşəkkil işləyir və lazımi materialı verirlər. İndi biz Rusiya Federasiyası ilə də eyni işi görməliyik. İndiyə qədər Rusiya tərəfində belə mütəşəkkil iş görülməyib”, - o bildirib.
Baş nazirin müavini ilk gündə Rusiya mediasının hadisə yerinə gəlmədiyini də vurğulayıb.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 Dekabr 2024 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















