Icma.az
close
up
RU
Baş nazirin müavini: Şimal Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan, İran və Rusiya üçün böyük rol oynayır

Baş nazirin müavini: Şimal Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan, İran və Rusiya üçün böyük rol oynayır

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi iqtisadi və ticarət əlaqələrimizin inkişafında böyük rol oynayır.

APA xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə deyib.

Baş nazirin müavini bildirib ki, cari ilin ilk 9 ayı ərzində bu dəhliz üzrə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% artıb: “Azərbaycan həm İran, həm də Rusiya ilə quru sərhədlərəmalik yeganə ölkə kimi, Şimal–Cənub nəqliyyat dəhlizinin qərb hissəsində strateji mövqe tutur. Bu coğrafi üstünlük ölkəmizə dəhlizin səmərəli fəaliyyəti və regionda nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynamağa imkan verir. Ölkələrimizin birgə fəaliyyəti bu dəhlizin səmərəliliyinin və tranzit imkanlarının artırılmasına yönəlib. 2022-ci ilin sentyabr ayında Bakıda keçirilən üçtərəfli görüşün yekunlarına dair imzalanmış Bakı Bəyannaməsində dəhliz üzrə yükdaşımaların həcminin 15 milyon tona çatdırılması nəzərdə tutulub. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsiməqsədilə ötən dövr ərzində tərəflər arasında həmçinin ikitərəfli müstəvidə bir sıra vacib sənədlər imzalanıb.

2023-cü ilin may ayında İran Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı Saziş imzalanıb.

Bundan əlavə 2024-cü ilin dekabr ayında Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş bağlanılıb. Sazişə əsasən, müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il daşınmalı olan yüklərin təmin edilmiş həcmi 2028-ci il yanvarın 1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edilib. Bu həcm, Tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon ton təşkil edəcək. Eyni zamanda, 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsü və sərhəd-keçid məntəqəsi istismara verilib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri