Icma.az
close
up
RU
Baş Prokurorluqda 8 Martla bağlı tədbir keçirildi FOTOLAR

Baş Prokurorluqda 8 Martla bağlı tədbir keçirildi FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Martın 6-da Baş Prokurorluqda qadın prokurorluq işçilərinin, dövlət qulluqçularının, veteranların, habelə qonaq qismində dəvət olunmuş Milli Məclisin qadın deputatlarının və media nümayəndələrinin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev iştirakçıları təbrik edərək onlara fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər, sağlamlıq və ailə səadəti arzulayıb. O bildirib ki, Azərbaycan qadını hər zaman cəmiyyətdə layiqli yer tutmuş, dövlət idarəçiliyində və ictimai həyatda fəal mövqe nümayiş etdirmişdir. Qeyd olunub ki, qadın hüquqlarının qorunması və onların ictimai fəallığının artırılması məsələsinə Ümummilli lider Heydər Əliyev tərəfindən daim xüsusi diqqət göstərilmiş, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Baş prokuror, həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslər və beynəlxalq miqyaslı fəaliyyəti barədə də danışıb.

Qadınların cinayətkarlığa qarşı mübarizə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolundan bəhs edən Kamran Əliyev bildirib ki, hazırda prokurorluq orqanlarında çalışan qadınlardan 131 nəfəri müsabiqə yolu ilə işə qəbul olunub. Onlardan 13 nəfəri rəhbər vəzifələrdə çalışır ki, bunlardan 1 nəfər Baş Prokurorluqda idarə rəisi, 4 nəfər idarə rəisinin müavini, 1 nəfər şöbə rəisi, 1 nəfər idarə rəisinin müavini - şöbə rəisi, 1 nəfər hərbi prokurorluq orqanlarında şöbə rəisi, 4 nəfər rayon prokuroru, 1 nəfər isə rayon prokurorunun müavini vəzifəsini tutur.

Tədbirdə Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Real TV-nin baş redaktoru Səbinə Ağayeva, Baş Prokurorluğun Elmi-Məsləhət Şurasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova, prokurorluğun veteranı Zöhrəbanu Kişiyeva, Qobustan rayon prokuroru Səadət Rüstəmova və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi Ruhanə Rəsulova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda Baş prokuror tərəfindən bir qrup iştirakçıya mükafatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Mart 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri