Icma.az
close
up
RU
Baş prokurorun vəzifə müddəti bu tarixdə bitir: Kamran Əliyev gedir, yoxsa...

Baş prokurorun vəzifə müddəti bu tarixdə bitir: Kamran Əliyev gedir, yoxsa...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar prokurorluq sistemində ciddi islahatların olacağına dair xəbərlər yayılır. Saytlarda və sosial şəbəkələrdə bildirilir ki, may ayında hazırkı baş prokuror Kamran Əliyevin səlahiyyət müddəti başa çatır və onun yerinə yeni baş prokurorun Milli Məclisə təqdimatı ola bilər. O cümlədən 27 prokurorun da dəyişdiriləcəyi ilə bağlı xəbərlər var.

K.Əliyev etimadı doğrultmuş bir prokuror kimi xarakterizə olunur. Onun barəsində dövlət rəhbərinin xüsusi narazılığının olduğuna dair qənaət demək olar, yoxdur. Bu baxımdan onun yeni baş prokurorla əvəz olunacağı xəbəri xeyli təəccüb doğurur. Bu xəbərlərin əsası varmı?

Globalinfo.az-a danışan “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinə görə, baş prokuror Prezidentin təqdimatı və Milli Məclisin razılığı ilə vəzifəyə təyin olunur və ya azad edilir.

Onun sözlərinə görə, “Prokurorluq haqqında qanun” bir şəxsin neçə dəfə baş prokuror təyin olunmasına məhdudiyyət qoymur:

“Baş prokuror Kamran Əliyev 2020-ci ildən etibarən rəhbərlik etdiyi müddət ərzində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, qanunçuluğun möhkəmləndirilməsi, ictimai etimadın artırılması istiqamətində mühüm islahatlara imzalar atıb. O, öz vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirib, hüquqi dövlət quruculuğu prosesinə və səmərəliyin artırılmasına mühüm töhfələr verib. Kamran Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional və idarəetmə islahatları prokurorluq sistemini şəffaf, effektiv və müasir tələblərə cavab verən bir struktur kimi formalaşdırıb. Bu fəaliyyət sistemli və ardıcıl xarakter daşıyıb. Kamran Əliyevin rəhbərliyi dövründə prokurorluq sistemində həyata keçirilən əsas islahatlar İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar kursuna uyğun olaraq davam etdirilib.

Beləliklə də, aşağıdakı əsas dəyişiklik və yeniliklər reallaşdırılıb:

Əliməmməd Nuriyev

Elektron prokurorluq sisteminin təkmilləşdirilməsi;

Müraciətlərin qəbul və icra nəzarətinin rəqəmsal formada təşkil edilməsi; “Vətəndaşların müraciətlərinə baxılması” və “şəxsi qəbul sistemləri” optimallaşdırılıb;

Cinayət təqibində insan hüquqlarının müdafiəsi və qanuniliyin təmin olunması prioritet elan edilib;

Prokurorluq əməkdaşlarının təlim-tədris prosesinə beynəlxalq hüquqi standartlar inteqrasiya olunub;

Gənc hüquqşünasların prokurorluğa qəbul edilməsi, onların səriştə əsaslı seçimi və xidmət işi yüksəlişi ilə bağlı sistem yaradılıb;

Prokurorluq orqanlarında idarəetmənin səmərəliyi artırılıb, daxili nəzarət və audit mexanizmləri gücləndirilib;

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir sıra yüksək səviyyəli əməliyyat tədbirləri həyata keçirilib, ictimai rezonans doğuran cinayətlər ifşa olunub;

Beynəlxalq əməkdaşlıq çərçivəsində anti-korrupsiya mexanizmləri üzrə təcrübə mübadiləsi genişləndirilib”.

Ə.Nuriyev deyib ki, Prezident İlham Əliyev Kamran Əliyevin fəaliyyətini, mövqeyini hər zaman yüksək qiymətləndirir:

“Belə ki, Kamran Əliyev 1 may 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən baş prokuror təyin olunarkən onun peşəkarlığına və dövlətə sədaqətinə xüsusi etimad göstərib. Bundan başqa son illərdə Prezidentin ictimai çıxışları və sərəncamlarında hüquq mühafizə orqanları, o cümlədən prokurorluğun fəaliyyətində şəffaflıq, ədalət və vətəndaş məmnuniyyəti prinsipinə uyğun addım atması yüksək qiymətləndirilib. Ölkə başçısı tərəfindən 2023-cü ildə prokurorluq işçilərinin peşə bayramı ilə bağlı imzaladığı təbrik məktubunda qeyd edilib: Prokurorluq orqanlarının fəaliyyəti dövlət siyasətinin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanır və vətəndaşların hüquq və azadlıqları müdafiəsində bu orqanların rolu yüksək qiymətləndirilir”.

Qeyd edək ki, Kamran Əliyevin baş prokuror kimi səlahiyyət müddəti may ayında başa çatır.

Xatırladaq ki, öncəki baş prokuror Zakir Qaralov 20 il bu vəzifədə qalmışdı.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Aprel 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri