Icma.az
close
up
RU
Baş redaktor: “Sülh bütöv olmalıdır”

Baş redaktor: “Sülh bütöv olmalıdır”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sülh prosesindən yayınmaqla Ermənistan regionda mövcud sabitliyi təhdid edir. Sülh olmadıqca, sabitlik də nisbi xarakter daşıyır”.

Bu sözləri “Cümhuriyət" qəzeti və "Cebhe.info" xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.  

O bildirib ki, ortada Ermənistanın ciddi şəkildə silahlanması və silahlandırılması faktı var:

“Ermənistanın regionda Azərbaycandan başqa digər ölkələrlə hərbi münaqişəsi olmadığından məntiq bunu deməyə əsas verir ki, indiki silahlanmanın da hədəfi yenə Azərbaycandır.  

Ona görə də Ermənistan tərəfi sülh danışıqlarından yayınır və müxtəlif bəhanələrlə prosesi əngəlləyir. Müzakirə olunan sülh şərtləri isə regionla bərabər Ermənistan üçün də inkişaf düsturudur. Ermənistan şərtləri qəbul edərək sülh sazişini tezləşdirərsə, bu, onun regional layihələrdə iştirakına da imkan yarada bilər. 

Amma sülh bütöv olmalıdır. Yarımçıq sülh regionun gələcəyini təhdid edir. Nəzəri baxımdan sülh sazişi üçün real imkanlar görünsə də, razılaşdırılmayan məsələlər səbəbindən gələcək üçün təhlükəli məqamlar qalmaqda davam edir”.

O vurğulayıb ki, Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə bir çox məqamlara ciddi aydınlıq gətirdi:

“Bu məsələlər olduqca ciddi və fundamental mələlərdir. Prezidentin vurğuladığı məsələlər də həllini tapmalıdır ki, sülh prosesi sürətlənsin. Çünki Azərbaycan tərəfi sülh prosesininn fundamental əsaslarla təmin olunmasını istəyir, sülhün geridönməz olmasında, regionda sabitliyin müvəqqəti yox, daimi olmasında maraqlıdır.

Paşinyan hakimiyyəti sülh prosesində əgər səmimidirsə, ATƏT-in Minsk Qrupu ilə bağlı məsələdə də Azərbaycanla eyni mövqedən çıxış etməlidir. ATƏT-in Minsk Qrupu Qarabağ probleminin həlli üçün yaradılmışdı. Artıq o problem yoxdur. 

Minsk Qrupu de-fakto olmadığı kimi de-yure də olmamlıdır. Lakin Ermənistan tərəfi hələ də revanş arzusundadır və Minsk Qrupu ilə bağlı Azərbaycanın verdiyi təklifə razılıq verməməsinin əsl səbəbi də budur”.

Baş redaktor qeyd edib ki, reallıq başqa bir mənzərədir:

“Məsələn, Zəngəzur dəhlizi ilə Ermənistan hakimiyyətinin təmsilçilərindən fərqli-fərqli fikirlər eşidilir. Baş nazir bir söz deyir, onun komandasının üzvləri başqa bir fikir söyləyir. 

Faktiki olaraq, Ermənistanda qeyri-ciddi bir hakimiyyət var və rabitəsiz, qeyri-ciddi siyasi dilentantizmlə üzbəüzük”.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see432

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see219

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see207

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see194

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see185

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see182

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see178

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see177

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see174

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri