Icma.az
close
up
RU
Baş verən meşə yanğınlarının əsas səbəbi ehtiyyatsızlıqdır EKSPERT VƏ QURUMDAN AÇIQLAMA

Baş verən meşə yanğınlarının əsas səbəbi ehtiyyatsızlıqdır EKSPERT VƏ QURUMDAN AÇIQLAMA

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Son 5 ildə Avstraliyada baş verən meşə yanğınlarında 18 milyon hektardan çox meşə yanıb. 3 milyarddan çox heyvanın öldüyü və ya yanğından təsirləndiyi bildirilir. Kanadada meşə yanğınlarında 17 milyon hektardan çox meşə sahəsi yanıb. Amazon meşələri yanğınlarında 1 milyon hektardan çox meşə sahəsi məhv olub. Ərazisinin təqribən 27 %-nin meşələrlə əhatə olunduğu Türkiyədə bir həftədən çoxdur meşə yanğınları davam edir. Ötən il baş verən və təqribən iki həftə boyunca davam edən analoji yanğınlarda minlərlə hektar meşəlik ərazi yanaraq külə dönmüşdü. Azərbaycan da belə fəlakətlərdən sığortalanmayıb. Ölkəmizdə yanğınlar daha çox dağ meşələrində baş verir. Çünki respublikamızın coğrafi ərazisinin meşə fonduna aid olan hissəsinin 95 %-i dağlıq ərazilərdə yerləşir”. Bunu SİA-ya açıqlamasında “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev deyib.

Həmçinin Balayev, min hektarlarla meşə ərazisinin yanğından zərər gördüyünü bildirir: "Azərbaycanda baş verən meşə yanğınlarının əsas səbəbi demək olar ki, ehtiyyatsızlıqdır. Meşədə kor-koranə tonqal qalanması, gedərkən qalan ocağın söndürülməməsi, siqaret kötüklərinin söndürülmədən yerə atılması, uşaqların meşədə odla oynaması və s. meşə yanğınlarına səbəb olur. Bundan başqa bəzən meşələrə piknik üçün gedənlər şüşə qırıntılarını da elə meşədə buraxırlar. Bəzən isti havalarda günəş şüaları şüşə qırıntıları üzərində əks olunur və bu zaman yaranan qığılcım yanğına səbəb olur. Bununla yanaşı əkin sahələrinin, yaşayış məntəqlərinin meşə sahələrinə yaxın olması da yanğınlara səbəb olur. QHT təmsilçisi olaraq, bölgələrə səfərlərimizdə, vətəndaş, eləcə də fermerlərlə görüşlərimizdə odla ehtiyatlı davranış, meşə yanğınlarının qarşısının alınması barədə söhbətlər aparırıq".

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti bəyan edib ki, yanğınların qarşısını almaq üçün cari ilin ötən dövründə 43.590-dan artıq obyektdə yanğın-texniki müayinələr keçirmiş, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün obyekt rəhbərlərinə 307.250-dən artıq tələbi özündə əks etdirən “Tələbnamə” məktubları verilmişdir: “Verilmiş tələblərdən 55.010-dan çoxunun icrasına nail olunmuşdur. Müayinələr zamanı qanun pozuntularının aşkar edilməsi ilə əlaqədar yanğın nəzarəti üzrə dövlət inspektorları tərəfindən obyektlərin cavabdeh şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib olunmaqla pozuntuların aradan qaldırılması məqsədilə tələbnamələr təqdim olunur. Bəzi hallarda qanun pozuntularının insanların həyat və sağlamlığına, o cümlədən dövlətin əmlak maraqlarını birbaşa təhlükə yaratdığı müəyyən olunur ki, bu zaman həmin obyektlərin fəaliyyətinin məhdudlaşdırılması barədə qərarlar da qəbul edilir. Eyni zamanda əhali arasında mütamadi olaraq yanğına qarşı maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərin nəticəsində bu ilin ötən dövründə 50.000-dən artıq vətəndaş, 58.130-dan çox fəhlə və qulluqçu yanğın təhlükəsizliyi sahəsində təlimatlandırılmışdır”.

Xidmət rəsmisi onu da bildirib ki, cari ilin müvafiq dövrü ərzində 869 yanğın hadisəsi qeydə alınmışdır ki:”Bu yanğınların 585-i yaşayış sektorunda, 211-i nəqliyyatda, 21-i açıq sahələrdə, 3-ü meşə sahələrində, 56 ədəd sosial məişət və mədəniyyət sektorunda, 21 ədədi isə istehsalat obyektlərində baş vermişdir. Aparılmış geniş miqyaslı maarifləndirmə tədbirləri nəticəsində adı çəkilən bütün sahələrdəki yanğınların sayı ötən ilin müvafiq dövrünə nisbətən az olmuşdur”.

Müəllif: Fatimə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 İyul 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri