Icma.az
close
up
RU
Baş verən yanğın turistlərin məsuliyyətsizliyinin nəticəsidir

Baş verən yanğın turistlərin məsuliyyətsizliyinin nəticəsidir

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlumdur ki, Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə edən yanğınlar nəticəsində azı 24 nəfər həlak olub. Qurbanların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib. Daha əvvəl 16 nəfərin öldüyü, daha 13 nəfərin itkin düşdüyü bildirilirdi. Bəs, bu yanğınlara səbəb nədir? SİA mütəxəssislərin fikirlərini öyrənib.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “Los-Ancelesdə baş verən güclü yanğınlar ciddi fəsadlar yaradıb. 10 minlərlə ev külə dönüb, minlərlə insan ərazidən təxliyə edilib. İlkin versiyaya görə, yanğının əsas səbəbi kimi güclü külək nəticəsində elektrik dirəklərinina aşması göstərilir. 2018-də ilə bölgədə meydana gəlmiş və 100 min hektar meşə sahəsinin məhv olması ilə nəticələnən böyük yanğın da avtomobil təkərindən çıxan qığılcımdan törənmişdi. Söz yox ki, dünyanın bir çox yerlərində meşələrin yanması əsasən antropogen amillərlə bağlıdır. Lakin qlobal iqlim dəyişikliyinin fəsadlarını da gözardı etmək olmaz. Bölgədə adətən meşə yanğınları isti aylarda baş verir. İl ərzində yanğın riski olan zaman 78 gündür. Son illər Kaliforniyada mövsüm ərzində irili-xırdalı 8 min yanğın hadisəsi baş verir. Ötən yay mövsümündən bu yana bölgədə yağıntı normadan xeyli az düşüb. Bəzi bölgələr ümumiyyətlə yağıntı görməyib. Bu da quru budaqları, otları yanğına yararlı hala gətirib. Daha doğrusu onlar yanğını sürətləndirən amilə çevrilib. Yanvar ayında bu cür güclü yanğının baş verməsinə səbəb olan əsas amil isə saatda 160 kilometrə çatan güclü küləklərin əsməsidir. Təsəvvür edin ki, bu cür yanğın yay aylarında baş versəydi, miqyas 3 dəfədən çox olacaqdı. Maraqlıdır ki, dünyanı super gücü olan ABŞ dövlətinin fövqəladə hallar, yanğından mühafizə qurumları bu yanğınlar qarşısında aciz qalıb. Bu güncü yanğının qarşısı tezliklə alınmalıdı. Lazım gəlsə iri dövlətlər ABŞ-a yardım təklif etməlidirlər. Çünki bu ekoloji fəlakət bir ölkənin məsələsi deyil. Ekoloji böhran sərhəd tanımır. Meşələr planetimizin ağciyəri sayılır. Biz meşələri hamılıqla qorumalı, yaşıllıqları artırmalıyıq.

Meşə yanğınları zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi yanır. Yanğınlar meşə təsərrüfatına böyük ziyan vurur. Çoxlu oduncaq məhv olur, meşənin tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur. Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Müasir dünyamızda hər bir insan bilavasitə və ya dolayı yolla meşələrlə əlaqədə olur, onun sərvətlərindən bəhrələnir. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. İnsanların həyat və fəaliyyətində mühüm rol oynayan meşələrin özünün daim qayğıya ehtiyacı var. İnsan meşələrdən bəhrələnir, onun zəngin nemətlərindən faydalanır, amma bəzən unudur ki, bu nemətləri tükənməz deyil. Meşələri qorumaq lazımdır. Təbiətin bu ecazkar sərvətini qorumaq, gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Müasir dövrdə meşələrin yanğından mühafizəsi üçün güclü mühafizə, nəzarət sisteminin yaradılması vacibdir. Bununla yanaşı qlobal iqlim fəsadları ilə mübarizə tədbirləri, yaşıl enerjiyə keçid davam etdirilməlidir. Karbon emissiyasının azaldılmasına yönəlik təşəbbüslərə dəstək vacibdir. Azərbaycan bu sahədə özünün modelini yaratmaqdadır. Ölkəmizdə yaşıl enerji zonaları yaradılır, külək və günəş enerjisi potensialı araşdırılır. Regionun ən böyük bərpa olunan enerji müəssisələri bizim ölkəmizdə fəaliyyət göstərir. Planetimizin havasını daha çox çirkləndirən sənaye müəssisələri, avromobillər daha çox iri dövlətlərin ərazisindədir. İri dövlətlər də qlobal iqlim dəyişikliyinin fəsadlarına daha çox diqqət ayırmalı, atmosferdə karbon emissiyasının azaldılmasına, bərpa olunan enerji mənbələrinin işlənməsinə daha çox sərmayə qoymalıdır. Yoxsa qlobal iqlim dəyişikliyinin fəsadları daha böyük miqyas alacaq”.

Ekoloq Rövşən Abbasov: "Kaliforniyada baş verən yanğınların səbəbləri hələ tam məlum olmasa da bunun çoxsaylı amillərin birgə təsiri ilə izahını verən adamlar getdikcə çoxalır. Bu ərazidə bir müddətdir yağış yağmırdı və meşələrdə çox quru ot kütləsi toplanmışdı. Bu da həmin ərazilərin yanğına həssaslığını kifayət qədər artırmışdı. Amma getdikcə daha çox belə hesab olunur ki, bu turistlərin məsuliyyətsizliyinin nəticəsidir. Hansı ki, onlar meşələrdə ocaqlar qalayır və sonra bunu lazım olan səviyyədə söndürmürlər.

Nəticələr çox böyükdür. Hal-hazırda 11 nəfərdən çox insanın həlak olduğu bildirilir. Ekoloji baxımdan ətraf-mühitə çox ciddi təsiri var. Adətən böyük əraziləri əhatə edən bu kimi yanğınlarda vəhşi təbiət, yaşayış yerləri məhv olmuş, ekosistemlər tamamilə pozulmuşdur. Əlbəttə, bu ekosistemdə ciddi dəyişikliklərə gətirib çıxaracaq. Bu ziyanı daha dəqiq hesablamaq üçün isə ciddi bir vaxt lazımdır. Çox güman ki, burada vəhşi heyvanlar da həlak olub. Bu heyvanların yaşayış mühitinin pozulması ona səbəb olur ki, artımları ləngiyir, digər ərazilərə qaçırlar, yaşayış yerlərinə gəlib çıxırlar. Yırtıcı heyvanlar insanlara və fermalara, xüsusilə ev heyvanlarına ciddi ziyan vururlar. Çünki onların artıq yem bazası əvvəlki kimi olmur. Bu çox mühüm bir təsirdir.

Yanğınlarda yayılan tüstü havanın keyfiyyətini çox pisləşdirib. Bu da tənəffüs xəstəliklərinin artmasına səbəb ola bilər. Buna görə yerli sağlamlıq mərkəzləri məsləhət görüblər ki, insanlar həmin yaşaayış yerlərini tərk etsinlər. Müvəqqəti də olsa onlar başqa bir yerə köçməlidir.

Çoxsalı ağaclar da məhv olmuşdur. Bu ağacların bərpa olunması da uzun bir zaman aparacaqdır".

Qeyd edək ki, yanvarın 7-də Los-Anceles şəhərində meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.

ABŞ prezidenti Co Bayden Kaliforniyada baş verən yanğınları ştatın tarixində ən böyük və ən dağıdıcı yanğın adlandırıb.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri