Icma.az
close
up
RU
Baş verən yanğın turistlərin məsuliyyətsizliyinin nəticəsidir MÜTƏXƏSSİSLƏR DANIŞDI

Baş verən yanğın turistlərin məsuliyyətsizliyinin nəticəsidir MÜTƏXƏSSİSLƏR DANIŞDI

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Məlumdur ki, Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə edən yanğınlar nəticəsində azı 24 nəfər həlak olub. Qurbanların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib. Daha əvvəl 16 nəfərin öldüyü, daha 13 nəfərin itkin düşdüyü bildirilirdi. Bəs, bu yanğınlara səbəb nədir? SİA mütəxəssislərin fikirlərini öyrənib.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “Los-Ancelesdə baş verən güclü yanğınlar ciddi fəsadlar yaradıb. 10 minlərlə ev külə dönüb, minlərlə insan ərazidən təxliyə edilib. İlkin versiyaya görə, yanğının əsas səbəbi kimi güclü külək nəticəsində elektrik dirəklərinina aşması göstərilir. 2018-də ilə bölgədə meydana gəlmiş və 100 min hektar meşə sahəsinin məhv olması ilə nəticələnən böyük yanğın da avtomobil təkərindən çıxan qığılcımdan törənmişdi. Söz yox ki, dünyanın bir çox yerlərində meşələrin yanması əsasən antropogen amillərlə bağlıdır. Lakin qlobal iqlim dəyişikliyinin fəsadlarını da gözardı etmək olmaz. Bölgədə adətən meşə yanğınları isti aylarda baş verir. İl ərzində yanğın riski olan zaman 78 gündür. Son illər Kaliforniyada mövsüm ərzində irili-xırdalı 8 min yanğın hadisəsi baş verir. Ötən yay mövsümündən bu yana bölgədə yağıntı normadan xeyli az düşüb. Bəzi bölgələr ümumiyyətlə yağıntı görməyib. Bu da quru budaqları, otları yanğına yararlı hala gətirib. Daha doğrusu onlar yanğını sürətləndirən amilə çevrilib. Yanvar ayında bu cür güclü yanğının baş verməsinə səbəb olan əsas amil isə saatda 160 kilometrə çatan güclü küləklərin əsməsidir. Təsəvvür edin ki, bu cür yanğın yay aylarında baş versəydi, miqyas 3 dəfədən çox olacaqdı. Maraqlıdır ki, dünyanı super gücü olan ABŞ dövlətinin fövqəladə hallar, yanğından mühafizə qurumları bu yanğınlar qarşısında aciz qalıb. Bu güncü yanğının qarşısı tezliklə alınmalıdı. Lazım gəlsə iri dövlətlər ABŞ-a yardım təklif etməlidirlər. Çünki bu ekoloji fəlakət bir ölkənin məsələsi deyil. Ekoloji böhran sərhəd tanımır. Meşələr planetimizin ağciyəri sayılır. Biz meşələri hamılıqla qorumalı, yaşıllıqları artırmalıyıq.Meşə yanğınları zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi yanır. Yanğınlar meşə təsərrüfatına böyük ziyan vurur. Çoxlu oduncaq məhv olur, meşənin tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur. Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Müasir dünyamızda hər bir insan bilavasitə və ya dolayı yolla meşələrlə əlaqədə olur, onun sərvətlərindən bəhrələnir. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. İnsanların həyat və fəaliyyətində mühüm rol oynayan meşələrin özünün daim qayğıya ehtiyacı var. İnsan meşələrdən bəhrələnir, onun zəngin nemətlərindən faydalanır, amma bəzən unudur ki, bu nemətləri tükənməz deyil. Meşələri qorumaq lazımdır. Təbiətin bu ecazkar sərvətini qorumaq, gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Müasir dövrdə meşələrin yanğından mühafizəsi üçün güclü mühafizə, nəzarət sisteminin yaradılması vacibdir. Bununla yanaşı qlobal iqlim fəsadları ilə mübarizə tədbirləri, yaşıl enerjiyə keçid davam etdirilməlidir. Karbon emissiyasının azaldılmasına yönəlik təşəbbüslərə dəstək vacibdir. Azərbaycan bu sahədə özünün modelini yaratmaqdadır. Ölkəmizdə yaşıl enerji zonaları yaradılır, külək və günəş enerjisi potensialı araşdırılır. Regionun ən böyük bərpa olunan enerji müəssisələri bizim ölkəmizdə fəaliyyət göstərir. Planetimizin havasını daha çox çirkləndirən sənaye müəssisələri, avromobillər daha çox iri dövlətlərin ərazisindədir. İri dövlətlər də qlobal iqlim dəyişikliyinin fəsadlarına daha çox diqqət ayırmalı, atmosferdə karbon emissiyasının azaldılmasına, bərpa olunan enerji mənbələrinin işlənməsinə daha çox sərmayə qoymalıdır. Yoxsa qlobal iqlim dəyişikliyinin fəsadları daha böyük miqyas alacaq”.
Ekoloq Rövşən Abbasov: "Kaliforniyada baş verən yanğınların səbəbləri hələ tam məlum olmasa da bunun çoxsaylı amillərin birgə təsiri ilə izahını verən adamlar getdikcə çoxalır. Bu ərazidə bir müddətdir yağış yağmırdı və meşələrdə çox quru ot kütləsi toplanmışdı. Bu da həmin ərazilərin yanğına həssaslığını kifayət qədər artırmışdı. Amma getdikcə daha çox belə hesab olunur ki, bu turistlərin məsuliyyətsizliyinin nəticəsidir. Hansı ki, onlar meşələrdə ocaqlar qalayır və sonra bunu lazım olan səviyyədə söndürmürlər.Nəticələr çox böyükdür. Hal-hazırda 11 nəfərdən çox insanın həlak olduğu bildirilir. Ekoloji baxımdan ətraf-mühitə çox ciddi təsiri var. Adətən böyük əraziləri əhatə edən bu kimi yanğınlarda vəhşi təbiət, yaşayış yerləri məhv olmuş, ekosistemlər tamamilə pozulmuşdur. Əlbəttə, bu ekosistemdə ciddi dəyişikliklərə gətirib çıxaracaq. Bu ziyanı daha dəqiq hesablamaq üçün isə ciddi bir vaxt lazımdır. Çox güman ki, burada vəhşi heyvanlar da həlak olub. Bu heyvanların yaşayış mühitinin pozulması ona səbəb olur ki, artımları ləngiyir, digər ərazilərə qaçırlar, yaşayış yerlərinə gəlib çıxırlar. Yırtıcı heyvanlar insanlara və fermalara, xüsusilə ev heyvanlarına ciddi ziyan vururlar. Çünki onların artıq yem bazası əvvəlki kimi olmur. Bu çox mühüm bir təsirdir.Yanğınlarda yayılan tüstü havanın keyfiyyətini çox pisləşdirib. Bu da tənəffüs xəstəliklərinin artmasına səbəb ola bilər. Buna görə yerli sağlamlıq mərkəzləri məsləhət görüblər ki, insanlar həmin yaşaayış yerlərini tərk etsinlər. Müvəqqəti də olsa onlar başqa bir yerə köçməlidir.Çoxsalı ağaclar da məhv olmuşdur. Bu ağacların bərpa olunması da uzun bir zaman aparacaqdır".Qeyd edək ki, yanvarın 7-də Los-Anceles şəhərində meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.ABŞ prezidenti Co Bayden Kaliforniyada baş verən yanğınları ştatın tarixində ən böyük və ən dağıdıcı yanğın adlandırıb.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Yanvar 2025 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri