Icma.az
close
up
RU
Başağrısının əsas səbəbləri bunlardır

Başağrısının əsas səbəbləri bunlardır

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Adətən yuxudan oyanandan sonra insan özünü gümrah və dincəlmiş hiss edir.

Lakin bəzən bunun əksinə, başağrısı ilə yuxudan oyananlar da olur.

Başağrısı 40-a qədər xəstəliyin əsas simptomu ola bilər. Aparılan müşahidələrə görə, xəstələrin 70 faizi həkimlərə başağrıları ilə əlaqədar müraciət edirlər ki, onların da yaranma səbəblərinin əsasında baş və boyun əzələlərinin gərginliyi durur.

Bu barədə AZƏRTAC-a psixoterapevt Əli Nağıyev məlumat verib: “Əgər baş axşamdan ağrıyırsa və səhər yuxudan qalxanda bu ağrı keçirsə və ya boyunu, damarları ovxalayanda ağrı hissi azalırsa, demək bu, gərginlik mənşəli patologiyadır. Bu problemlərə uzunmüddətli, xroniki hal alan, ağırlıq, başgicəllənmə və ürəkbulanma hissi ilə müşahidə edilən ağrıları da şamil etmək olar. Belə ki, əsasən gərginlikdən yaranan başağrıları başgicəllənməsi ilə müşahidə olunur”.

Psixoterapevtin dediyinə görə, bu tipli ağrılardan azad olmaq üçün bir sıra vacib məqamlara fikir vermək lazımdır: “Bu problemlərlə üzləşdikdə əvvəlcə nevropatoloq müayinəsindən keçmək mütləqdir. Müayinə zamanı ortaya orqanik xəstəlik çıxmadıqda pasiyent psixoterapevtə yönəldilir. Çünki belə hallarda əsas məsələ gərginliyin aradan qaldırılmasıdır. Əks halda keyfiyyətindən və sayından asılı olmayaraq, heç bir ağrıkəsici kömək edə bilməz. Xroniki və kəskin travmalar, infeksion xəstəliklər nəticəsində də başda ağrılar yarana bilər. Həcmli törəmələr, yəni şiş xəstəlikləri zamanı da başda ağrı əmələ gəlir”.

Onun sözlərinə görə damar mənşəli başağrıları əhali arasında daha geniş yayılan miqren xəstəliyinin əlaməti hesab olunur.

Arterial təzyiqin qalxması və enməsi nəticəsində də başda kəskin ağrılar yaranır.

Bundan başqa boyun yırtığı və osteoxondroz da başağrısına səbəb olur.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri