Icma.az
close
up
RU
Başçı oğlu hakim qarşısında: Evlənə də bilmirəm...

Başçı oğlu hakim qarşısında: Evlənə də bilmirəm...

Icma.az, Axar.az saytına istinadən bildirir.

14 il icra başçısı işləmiş Lütfəli Babayevin oğlu, biznesmen Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Babəli Babazadə iştirak edib.

Hakim bildirib ki, zərərçəkmiş məhkəmə iclasında ilk dəfədir iştirak edir. Hakim onun hüquqlarını izah edərkən məlum olub ki, o, subaydır, hazırda heç bir yerdə işləmir.

Prosesdə zərərçəkmiş Babəli Babazadə sərbəst ifadə verib. Təqsirləndirilən şəxslərdən Aruz Əliyevi tanıdığını, onun Zərdab rayonunda baş həkim işlədiyini deyib.

Zərərçəkmişin sözlərinə görə, Azərbaycanda olanda vergi ilə bağlı problemi yaranıb:

"Həmin dövrdə Aruz Əliyev bizə gəlib-gedirdi. Çünki evdə xəstə olanda bir həkim kimi onu çağırırdıq. Aramızda səmimiyyətimiz yaranmışdı. Vergi ilə bağlı problemimi ona dedim. O da mənim təcili Türkiyəyə getməyimi məsləhət gördü. Onun məsləhəti ilə Türkiyəyə getdim. Orada olanda Aruz Əliyevlə əlaqə saxladım. Mənə dedi ki, haqqımda qırmızı “stop” var, qayıtma, problem olacaq.

Sonra da mənə dedi ki, Ehtiram adlı şəxs var, məsələni o həll edəcək. Məni Ehtiramla əlaqələndirdi. Türkiyədə Ehtiram gəlib mənimlə görüşdü. İşlərimi yoluna qoymaq üçün etibarnamə verməyimi məsləhət bildi. Mən ona etibarnamə verdim. Bu etibarnamə əsasında Ehtiram mənim evimi satdı.

Sonradan pul lazım oldu, ondan pulumu istədim, mənə 30 min dollar verdi. Qalanını istədim, pulumun qalığı olmadığını söylədi. Mən Azərbaycana gəldim...”

Bu zaman təqsirləndirilən Ehtiram Kərimov zərərçəkənin sözünü kəsib, “Pişik asqırdı, Azərbaycana gəldin... Sənin vergi məsələni biz həll etdik ki, rahat gəldin” deməklə mübahisə yaradıb.

Təqsirləndirilən şəxslə Babəli Babazadənin arasında yaranan mübahisəni hakim sakitləşdirib. Ehtiram Kərimov əlavə edib ki, sənədləşmə işlərini görüblər, nəticədə Babəli Babazadə Azərbaycana qayıdıb. Onun sözlərinə görə, satılan mülklərdən əldə olunan pullarla vergi işləri yoluna qoyulub.

Zərərçəkmiş isə onların heç bir iş görmədiklərini deyib. Bildirib ki, mülkləri əlindən çıxıb: "Mən rüsvay olmuşam. Əlimdə heç nə qalmayıb. Bu gün subayam, evlənə bilmirəm. Mənə sübut etsinlər ki, pullar hara xərclənib. Mənim evimi versinlər. Yaşamağa yerim yoxdur, otellərdə qalmışam. Elə vəziyyətə düşmüşəm ki, evlənə də bilmirəm”.

Daha sonra zərərçəkmiş qeyd edib ki, siqaret alveri ilə məşğul olub, ona cəmi 10 min dollar çatıb, qalan pulu da bir qadın götürərək qaçıb: “Amma sübut yoxdur. Gətirsinlər, sübut eləsinlər”.

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, təqsirləndirilən şəxslərlə fındıq biznesi qurublar, amma həmin biznesdən də onun pulunu verməyiblər.

Təqsirləndirilənlə zərərçəkmiş arasında yenidən mübahisə yaranıb, prosesdə fasilə elan olunub. Növbəti iclasda zərərçəkmiş şəxs ifadəsini davam etdirəcək.

Növbəti proses fevralın 6-da davam edəcək.

Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulu mənimsəməkdə ittiham olunur.

Bu hadisə baş verməzdən əvvəl isə Babaəli Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələylə bağlı Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.

İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmağı məsləhət bilib. O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil ediblər.

Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. Əmlaklar satışa çıxarılıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə 2 milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafelərinə sərf ediblər.

Aruz Əliyev özü həkim-cərrahdır. Bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub.

Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulub. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi haqda həbs qərarı verilib.

İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib.

Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.

Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri