Icma.az
close
up
RU
Başçılara qarşı dəhşətli plan: Gecə ilə, hamı yatandan sonra...

Başçılara qarşı dəhşətli plan: Gecə ilə, hamı yatandan sonra...

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün məlum oldu ki, Qaradağ, Xəzər və Tərtər rayonlarında 3 şirkət qanunsuzcasına torpaq zəbt edərək, mişar daşı, qum-çınqıl, qarışıq qum və süxur hasilatı işləri aparıb və nəticədə təbiətə 354 min manatlıq ziyan vurub.

Binəqədi rayonunun Goradil bağlar massivində vəziyyət daha acınacaqlıdır: rəsmi açıqlamadan bəlli olur ki, bu işləri “naməlum şəxslər səlahiyyətlərindən sui-istifadə” edərək görüblər. Yəni bilinmir kimdirlər, ancaq kimdirlərsə, səlahiyyətləri olub və ondan sui-istifadə ediblər.

Bir mişar daşının satış qiyməti 45 qəpik, bir maşın qum 200 manat civarındadır: yerində qiymətlər ən azı bundan iki dəfə ucuz olmalıdır – çünki daşın-qumun yüklənməsi, daşınması xərcləri və üstəlik qazancı nəzərə almaq lazımdır.

Beləliklə, təbiətə 354 minlik ziyan vurulması üçün təxminən 1,5 milyon mişar daşı kəsilməlidir və yaxud 3,5 min “Kamaz” dolu qum daşınmalıdır və s.

Daşın kəsilməsi üçün elektrik xətti çəkilməli, yer traktorla genişləndirilib qazılmalı, daş kombaynı gətirilməli, yol açılmalı, aylarla iş getməlidir: əks halda 1,5 milyon daş necə kəsilə bilər?! Ancaq bu həngaməni, məsələn, Nərimanov adına NQÇİ-nin ərazisində görüb də, gizlənmək mümkündürmü?

Və yaxud, 3,5 min “Kamaz”ı yükləmək üçün nə qədər ərazi qazılmalı, traktor neçə gün-ay işləməlidir? Traktor gözəgörünməz deyil axı – həm də işləyəndə, səsi 15 kilometrə yayılır.

Əlbəttə ki, bizim icra strukturlarının gözündən heç nə yayınmaz, onlar rayon ərazisini göz bəbəyi kimi qoruyurlar: heç vaxt qanunsuz torpaq satmazlar və yaxud zəbt etməyə imkan verməzlər, səkilərin üstündən mağaza tikilməsinə razı olmazlar, rayonun arxitekturasının daim, gecə-gündüz, əllərində qanun keşiyindədirlər.

Bəs, necə olub ki, bu boyda səs-küyü, torpağın zəbt edilib, qanunsuzcasına talanmasını görməyiblər?

Çox sadə: bu təbiət ziyankarları, torpaq qənimləri, öz mənfəti üçün xalq malını talayanlar büllur kimi saf, mələk kimi təmiz icralarımızdan gizlənmək üçün dəhşətli plan qurublar – yəqin ki: 1,5 milyon ədəd daşı o “səlahiyyətlərindən sui-istifadə edən naməlumlar” gecə ilə, hamı yatandan sonra, çıraq işığında, əl mişarı ilə kəsiblər, bir-bir, kürəklərinə alaraq aparıblar; qumu da bellə qazıb, xurcuna yığıb, onu da ya eşşəklə, ya qatırla, ya da elə kürəklərində daşıyıblar.

O naməlumlardan nə desən, çıxar: o qədər səlahiyyətlərindən sui-istifadə edən naməlumdurlar ki, indi yoxa çıxıblar, işin üstün açılandan sonra buxarlanıblar – nə onların daşıdığı məhsullar kameraya düşüb, nə qeyd var, nə icra strukturları torpağın talandığından xəbər tutub...

Ay vicdansızlar vay...

Şükür ki, təbiətə 354 minlik zərər dəyəndən sonra heç olmasa işin üstün açılıb və fakta görə cinayət işi başlayıb.

Çox böyük ehtimalla zərərçəkən kimi də icra strukturları tanınacaq – axı, onların heç nədən xəbəri-ətəri olmayıb...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Fevral 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri