Icma.az
close
up
RU
Kiyev dəhşətli gecə yaşayıb VİDEO

Kiyev dəhşətli gecə yaşayıb VİDEO

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, hücum 15 insanın həlakına, onlarla adamın yaralanmasına, habelə Ukraynanın paytaxtında xeyli dağıntıya səbəb olub.

Zərbələr gecə saatlarında, Kiyevdə hava hücumu həyəcanı elan edildikdən sonra başlayıb. PUA-ların bir neçə saat, raket zərbələri isə 43 dəqiqə davam edib. Hava hücumundan müdafiə qüvvələri aktiv şəkildə işləyib, pilotsuz təyyarələri və raketləri vurub, lakin vurulmuş hədəflərin qalıqları paytaxtın bir sıra ərazilərində yanğınlar və dağıntılar törədib.



Ən ciddi nəticələr Kiyevin Solomensk, Nivka rayonlarında, habelə “Julyanı” aeroportu yaxınlığında yaşanıb. Solomensk və Nivka rayonlarında zərbələr məqsədyönlü şəkildə yaşayış binalarına endirilib.

Kiyev Aviasiya İnstitutunun yataqxanası, uşaq bağçası və ətraf ərazilərə ziyan dəyib. Düşmüş pilotsuz təyyarələr və raketlərin qalıqları şəhər boyu yollara səpələnərək hərəkəti çətinləşdirir. Kiyevdə bəzi yerlərdə elektrik enerjisinin kəsildiyi bildirilir.


İyunun 17-də səhərə yaxın “Şahedlər”in yeni qrupları - 10-a qədər PUA Kiyevə yaxınlaşaraq paytaxtda gərginliyi artırıb. Xilasetmə xidmətləri və həkimlər yerlərdə işləyir, zərərçəkənlərə yardım göstərirlər. İlkin məlumatlara görə, xəsarət alanların sayı 55 nəfərə çatır, lakin dağıntılar təmizləndikcə bu rəqəm arta bilər.

Hücum Ukraynada mülki infrastruktura qarşı son ayların ən dağıdıcı hücumlarından biri olub. Kiyevin rəhbərliyi orqanları sakinləri sığınmağa və təhlükəsizlik tədbirləri görməyə çağırır.
Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram-kanalında bu hücuma reaksiya verib.
“440-dan çox dron və 32 raket. Kiyevə edilən ən dəhşətli zərbələrdən biri. Gecə saatlarında Odessa, Zaporojye, Çerniqov, Jitomir, Kirovohrad, Nikolayev və Kiyev vilayətlərinə hücum edilib. Ümumilikdə Kiyevin səkkiz rayonunda evlərə ziyan dəyib. Xilasedicilər bütün zərbə yerlərində işləyirlər. Bütün zərərçəkənlərə lazımi yardım göstərilir, 75 nəfərin yaralandığı məlumdur. İndiyədək 15 nəfər ölüb. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - Ukrayna lideri yazıb.

Moskvanın əslində terrorçuluqla məşğul olduğunu bildirən Zelenski, ABŞ prezidenti Donald Trampın Kreml lideri Vladimir Putinə hüsn-rəğbət bəslədiyinə də eyham vurub.
- Bu cür hücumlar sırf terrordur. Bütün dünya, ABŞ və Avropa, nəhayət, sivil cəmiyyətin terrorçulara necə reaksiya verəcəyinə reaksiya verməlidir. Məhz müharibəni davam etdirə bildiyi üçün Putin bunları törədir. O, müharibənin davam etməsini istəyir. Dünya güclərinin buna göz yumması pisdir. Biz bütün mümkün səviyyələrdə bütün tərəfdaşlarla əlaqə saxlayırıq ki, lazımi reaksiya olsun. Ağrıları normal, dinc insanlar deyil, terrorçular hiss etməlidir”, - Ukrayna prezidenti vurğulayıb.


Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 İyun 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri