Icma.az
close
up
RU
“Avroviziya” təşkilatçıları səsvermə sistemində yeni sərt qaydalar tətbiq etdi

“Avroviziya” təşkilatçıları səsvermə sistemində yeni sərt qaydalar tətbiq etdi

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq “Avroviziya” mahnı müsabiqəsində səsvermə sistemi ilə bağlı yeni və daha sərt qaydalar tətbiq edilir.

Tribunainfo.az xəbər verir ki, “Avroviziya”nın  rəsmi saytın məlumatına görə, dəyişikliklər birbaşa səsvermə prosesinə aiddir. 2025-ci ildən sonra bir sıra ölkələr narazılıq edərək iddia edirdilər ki, İsrail səslər uğrunda qeyri-şəffaf şəkildə mübarizə aparır. Oxşar iddialar Ukrayna üçün də səslənirdi. Təşkilatçılar bütün narazılıqları nəzərə alaraq, səsvermə qaydalarını daha şəffaf etmək üçün yeniləmək qərarına gəlib.

Yeni qaydalar çərçivəsində müsabiqədə dəqiq və birmənalı təbliğat prinsipləri tətbiq edilir. Yenilənmiş təlimatlar ifaçıların və mahnıların müstəqil şəkildə tanıdılmasını dəstəkləyir, üçüncü tərəflərin – o cümlədən hökumətlərin – qeyri-proporsional reklam kampaniyalarını isə qadağan edir. Qaydanın pozulması halında sanksiyalar tətbiq olunacaq.

Səsvermə sistemində hansı dəyişikliklər var?
İzləyicilərin göndərə biləcəyi səslərin sayı azalır.
Əvvəllər bir tamaşaçı 20 səs göndərə bilirdi. 2026-cı ildən etibarən bu rəqəm 10 səs olacaq – səsvermə üsulundan asılı olmayaraq. Bu, tamaşaçıların yalnız bir iştirakçıya deyil, bir neçə iştirakçıya səs verməsini təşviq etməyə yönəlib.

Yarımfinal qaydaları da dəyişir
Əvvəllər yarımfinal mərhələsində yalnız tamaşaçı səs verirdi. Yeni qaydalarla yarımfinala yenidən münsiflər heyəti balları qayıdır.

Münsiflərin sayı 5-dən 7-yə qaldırılır.
Münsiflər heyətində ən azı iki nəfər 18–25 yaş aralığında olmalıdır.

Təhlükəsizlik tədbirləri gücləndirilir
Səsvermə prosesində texniki təhlükəsizlik tədbirləri artırılır. Bu, saxta və ya koordinasiyalı səsvermə cəhdlərini aşkar etməyə, şübhəli fəaliyyətləri izləməyə və ümumi nəticələrə olan inamı artırmağa xidmət edəcək.

Xatırladaq ki, “Avroviziya-2026” müsabiqəsinə yeni bir ölkənin qoşula biləcəyi bildirilir.

İmran Kərimli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Noyabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri