Icma.az
close
up
RU
“Başı sosial problemlərinə qarışan bir müəllim təhsil, elm haqda düşünə bilməz...”

“Başı sosial problemlərinə qarışan bir müəllim təhsil, elm haqda düşünə bilməz...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Həqiqətən, ağır və faciəvi hallarla qarşı-qarşıyayıq və çox təcili tədbirlərə ehtiyac var. Əgər bu tədbirlər görülərsə, dövlətimizin və gələcək nəsillərimizin təhsil problemləri də ağır və çətin vəziyyətdən çıxmış olar...”

“Bu sualınız olduqca düşündürücüdür. Xüsusilə mənim üçün, ona görə ki, təhsilə qədim İrəvan xanlığının Göyçə mahalının Basarkeçər bölgəsinin Zərkənd kəndində təhsil sahəsində misilsiz xidmətləri olan atam Həbib Səmədovun həm direktor, həm də müəllimim olduğu məktəbdə başlamışam. Təsəvvür edin ki, Həbib müəllim bölgənin ilk ali təhsilli insanlarından olmasına baxmayaraq, “ali təhsilli ordu” yetişdirdi. Hətta kəndimizin orta məktəbini bu gün  də “Zərkənd akademiyası” kimi xatırlayırlar. Qəbul siyahısında həmişə ön cərgədə yer alırdı. Belə bir mühitdə böyüməyim, SSRİ dövründə Azərbaycanın örnək təhsil ocaqlarından olan 5 nömrəli kimya-biologiya təmayüllü liseydən məzun olmağım, eləcə də Türkiyənin Hacəttəpə Universiteti kimi örnək və reytinqdə daim ilk üşlükdə olan bir Universitetdə yetişməyim, uzun illərdir təhsil sahəsində işləməyim, bu sahəyə dərindən bələd olmağıma imkan verir. Bu həm də ondan irəli gəlir ki, mən elə gəncliyimdən daim atamın idarə etdiyi təhsil müəssisəsindəki nizam-intizam, qayda-qanun, şəffaflıq və inkişafın Azərbaycan təhsilində də hakim olmasını istəmişəm”.

Bu fikirləri Moderator.az əməkdaşının “Siz ali məktəb müəllimi kimi təhsil sahəsinə xeyli bələdsiniz? Əksər təhsil ekspertləri, həmçinin adi vətəndaşlar Azərbaycan təhsilinin ağır, xaotik bir durumda olduğunu düşünür. Siz hansı qənaətdəsiniz?” sualını cavablandırarkən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov ifadə edib.   

Alim hesab edir ki, Azərbaycan təhsil sistemini ağır durumdan çıxarmaq üçün çox təcili tədbirlərə ehtyac var:

“Həqiqətən, ağır və faciəvi hallarla qarşı-qarşıyayıq və çox təcili tədbirlərə ehtiyac var. Əgər bu tədbirlər görülərsə, dövlətimizin və gələcək nəsillərimizin təhsil problemləri də ağır və çətin vəziyyətdən çıxmış olar. Necə ki, hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti bir zamanlar “Narxoz-kolxoz” kimi tanınırdı, indi isə UNEC markası ilə dünya səviyyəli və Azərbaycan təhsilinin üzünü ağardan bir güvənilən və şəffaf Universitet kimi dünya reytinqində yer alır, ildən-ilə də irəliləyir. Əlbəttə, “1-5 çiçəklə yaz olmaz” misalı, ümumi ölkədə təhsilin vəziyyətini düzəltmək üçün orta məktəblərdən başlamaq lazımdır.” 

“Çox vaxt deyilir ki, insanlar və gənclər zəmanəsinə bənzəyir. Əgər orta məktəblərdə təlim-tərbiyə, nizam-intizam, qayda-qanun, mənəvi, müqəddəs dəyərlər aşılanmasa, işimiz daha çətin olacaq. Valideyn və müəllim müqəddəsliyini anlamayan bir gənc ölkəmizin mədəniyyətinə görə sosiallaşmayan bir gənc, heç bir zaman Dövlətimizin mənafeyinə xidmət edə bilməz. Kişi müəllimlərin olmamasının istər qız, istərsə də oğlan psixologiyasına mənfi təsir göstərəcəyinə şübhə edilməməlidir. Müəllimlərin sosial güzəştlərə sahib olmaması isə bu problemləri daha da dərinləşdirir.  Başı sosial ehtiyac və problemlərinə qarışam bir müəllim təhsil, elm haqqında düşünə bilməz, özünü inkişaf etdirə bilməz”, -deyə Pərviz Səmədov diqqətə çatdırıb.

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri