Basketbol Kubokunda yeni mövsümün püşkü atıldı FOTO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkatma mərasimi baş tutub.
İdman.Biz xəbər verir ki, tədbir Bakı İdman Sarayında təşkil olunub.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra turnirdə iştirak edəcək komandalarla bağlı videoçarx nümayiş etdirilib. Ardınca püşkatma mərasimi keçirilib və qarşılaşmalar müəyyənləşib.
Püşkün nəticələrinə əsasən, “Abşeron”, “Sabah”, “Ordu” və “Gəncə” komandaları yarışa birbaşa 1/4 final mərhələsindən qoşulacaqlar.
1/8 final mərhələsində “Şəki” - “Sərhədçi”, “Neftçi” - “Lənkəran”, NTD - “Sumqayıt” və “Naxçıvan” - “Quba” cütlükləri üz-üzə gələcəklər.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarının yanvarın 13–14-də, 1/4 final qarşılaşmalarının isə fevralın 18–22-də keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 24 Dekabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















