Icma.az
close
up
RU
Başqa klinakada analiz verdiyi üçün pasiyentə baxılmadı ŞİKAYƏT

Başqa klinakada analiz verdiyi üçün pasiyentə baxılmadı ŞİKAYƏT

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində fəaliyyət göstərən "Real" Tibb Mərkəzinin doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib.

Milli.Az xəbər verir ki, bu barədə Bakupost.az -a müraciət edən Yasəmən Həsənova (ad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, srağagün həkimin qəbulunda olub və ona bir neçə analiz təyin edilib. Şikayətçi bildirir ki, həkim analizlərin hansı laboratoriyada verilməli olduğunu deməyib:

"Əvvəllər də ona müraciət etmişdim, kömək etmişdi. Bu dəfə də analiz üçün vərəq yazdı, amma harada verməli olduğumu demədi. Mən də gedib 'İmplus'da verdim. Çünki qiymətlər daha münasibdir, 'Real' klinikasında isə kəskin bahadır".

Pasiyentin sözlərinə görə, analizlərin nəticəsini həkimə göndərsə də, o, baxmaqdan imtina edib:

"Axşam nəticələri göndərib soruşdum ki, Sumqayıta gəlməyimə ehtiyac varmı? Əgər adi bir şeydirsə, dərmanı alım. Amma yazdı ki, "İmplus"un analizlərinə baxmıram. Bu müəssisəni qoyub orada analiz vermisən'".

Həkimlə yazışmalarını redaksiyamıza təqdim edən Y.Həsənova bildirir ki, səhhətinin ağır olduğunu və yenidən analiz verməyə imkanının olmadığını desə də, həkim razılaşmayıb:

"İşləmirəm, yalnız yoldaşım işləyir. Xahiş etdim ki, bu dəfəlik baxsın, növbəti dəfə harada desə, orada verərəm. Amma mənə yazdı ki, baxan deyiləm, get "İmplus"dakı həkim sənə baxsın. Yazdım ki, bu halda pulumu qaytarın, ora gedim".

Pasiyent deyir ki, bundan əvvəl həkimdən razı qalıb, ona görə də müalicəsini orada davam etdirmək istəyib:

"Bu söhbətə qədər bir həkim kimi ondan razı idim. Amma artıq vicdanlı həkim obrazından çıxıb. Əvvəl o qədər can yandırırdı ki... İndi yəqin ki, pasiyentləri sadəcə biznes kimi görür".

Y.Həsənovanın sözlərinə görə, məsələ ilə bağlı klinikaya müraciət etsə də, nəticə əldə olunmayıb:

"Klinikadan yazdılar ki, o bizim baş həkimimizdir. Analizi başqa yerdə verdiyiniz üçün həkim sizə baxmaq istəmir. Dedilər ki, ödəniş də qaytarılmayacaq, çünki sizi dinləyib. Halbuki mən onun məni dinləməsi üçün pul ödəməmişdim. Mən pul vermişdim ki, dərdimə çarə tapsın. Baş həkim olsun, kim olur-olsun, mən də Azərbaycan vətəndaşıyam və mənə xidmət göstərilməyib".
Məsələ ilə bağlı Cavid Allahverdiyev Bakupost.az-a açıqlamasında hadisəni təsdiqləyib və özünü haqlı hesab etdiyini bildirib:
"Əvvəldən tanıdığım xəstədir. Yanıma gəlib, qəbul etmişəm, şikayətini dinləmişəm. Başqa müəssisədə analiz verdiyi üçün isə son müraciətində ona baxmamışam. Bu mənim haqqımdır. Bu qədər bəsit".

Mövzu ilə bağlı Bakupost.az-a danışan Adil Qeybulla bildirib ki, əgər həkim adi rutin analizlər üçün xəstəni konkret laboratoriyaya yönləndirir və başqa laboratoriyada verilmiş nəticələri qəbul etmirsə, bu, peşə etikasına ziddir:

"Burada artıq hər hansı təmənna və ya qara niyyətlərin olması ehtimalı var. Ümumiyyətlə, indiki şəraitdə çalışmaq lazımdır ki, xəstələri də başa düşək. İmkan daxilində xəstəyə kömək etmək, onun vəziyyətinə anlayışla yanaşmaq lazımdır. Həkimin əsas peşə əqidəsi onun mərhəmətidir. Ona görə də belə halları qətiyyətlə pisləmək lazımdır.

Bəli, elə hallar da olur ki, xəstə 4-5 il əvvəlki MRT nəticəsini gətirir. Halbuki yeni müayinə mütləq lazımdır. Bu zaman xəstəyə izah edilir ki, yenisi olmadan rəy vermək mümkün deyil. Amma xəstənin əlində yaxın günlərdə verilmiş analizlər varsa, onu yenidən həmin analizləri verməyə məcbur etmək və ya başqa laboratoriyanın nəticələrinə etibarsızlıq göstərmək təbii ki, yolverilməzdir".

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Mart 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri