Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Başqasının çekinə “ƏDV Geri Al”: Qadağa haradan başladı, hara gedəcək?

Başqasının çekinə “ƏDV Geri Al”: Qadağa haradan başladı, hara gedəcək?

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bir varlının evində xidmətçi işləyən Səfər kişi bazarlıq edib doldurduğu, amma içindəkilərin dadına baxa bilmədiyi bazar çantasının dibindəki çekdə olan ƏDV-dən geri qayıda biləcək qəpik-quruşu öz ucuz telefonundakı tətbiq vasitəsilə götürmək istəyirsə, burada hansı qanun pozuntusu var?

Bildirilir ki, artıq yalnız öz adına alınmış qəbzlə “ƏDV Geri Al” istifadə etmək olar, başqasının qəbzindən yararlanmaq olmaz. Bu məhdudiyyətin səbəbi kimi bəzi hallarda insanların başqasının qəbzini öz adlarına vuraraq sistemdən əlavə pul çıxarmağa çalışması göstərilir. Amma məncə, məsələnin kökündə təkcə bu sui-istifadə hallarına qarşı tədbirlər deyil, daha böyük iqtisadi və vergi siyasəti prinsipləri dayanır.

Bəs niyə “ƏDV Geri Al” prinsiplərində belə dəyişikliklər olanda insanlar adi qarşılamır, şikayət edir? Səbəb odur ki, bu layihə 2020-ci ildə işə salınanda bəzi media və bəzi rəsmi şəxslər bunu vətəndaşlara sevgi və qayğı jesti kimi tirajlayırdı. İndi dəyişiklik olanda, vətəndaş da deyir ki, axi bunu məni sevdiyin üçün etmişdinsə, indi sevgin azaldı?

Amma o vaxt da açıq şəkildə demişdim ki, burada 100 məqsəd varsa, bunun 99-u vergi siyasətinə bağlıdır.

Layihənin mahiyyəti sadə idi: bəzi sahələrdə, xüsusilə vergi uçotunun zəif olduğu yerlərdə vətəndaşların (alıcıların) iştirakı ilə prosesi rəsmləşdirmək, kölgə iqtisadiyyatını azaltmaq və vəsaitləri büdcəyə yönəltmək. Vətəndaşa geri qaytarılan 5-15%-lik vəsait isə sadəcə stimullaşdırıcı vasitə idi. Ən bəsit izahı belə idi: “Sən sahibkarın məni aldatmaması üçün yardım edəcəksən və mən də topladığım vəsaitdən kiçik bir hissəni sənə geri qaytaracam.”

İndi zaman keçir, ödənişlər kifayət qədər şəffaflaşıb. Görünür ki, artıq “ƏDV Geri Al” layihəsi çərçivəsində geri qaytarılan vəsaitin həcmi, onun cari vəziyyətdə qazandırdığı əlavə yığıma nisbətdə o qədər də sərfəli deyil. Bu mexanizm cəmiyyətdə vergi intizamını müəyyən qədər qaydaya salıb, kölgə iqtisadiyyatını azaltmağa kömək edib. 2023-cü ildə istehlakçılara 154 milyon manat, 2024-cü ildə isə 176 milyon manatdan çox vəsait geri qaytarılıb. Göründüyü kimi, məbləğ artmaqdadır. Amma “176 milyon manat geri qayıdanda büdcəyə nə qədər əlavə vergi daxil olur?” sualının cavabı yoxdur. Çünki bunu dəqiq hesablamaq üçün alqoritm yaratmaq mümkün deyil, yalnız sahələr üzrə vergi daxilolmalarında artım dinamikasına uyğun müəyyən təhlillərlə təxmini fikir söyləmək olar.

Beləliklə, “ƏDV Geri Al” prinsipi bir müddət vergi daxilolmalarını artırır, amma həmin müddətdən sonra prinsiplər dəyişməsə, vergi siyasətinə verdiyi fayda itkiləri üstələməyə başlayır. Odur ki, bu layihə onsuz da bir gün sona çatacaq. İndiki məhdudiyyətlər isə layihənin artıq əvvəlki qədər zəruri olub olmamasına dair suallar yaradır. Ən əsası: bu layihə heç vaxt vətəndaşa verilmiş “səxavət” deyildi, indi onun ləğvi də vətəndaşdan nəyinsə “geri alınması” deyil. Çünki “ƏDV Geri Al” sosial layihə deyil, peşəkar vergi nəzarəti alətidir. Bu fakt başa düşməli və tərif edən də, tənqid edən də qiymətləndirmələri də bu reallıq üzərindən aparmalıdır.

Onsuz da bu layihə son 10 ilin ən uğurlu innovativ təşəbbüslərindən biri idi. Sadəcə, istənilən bir qurum öz fəaliyyət sahəsi üzrə hansısa dəyişikliklər edəndə, bunun əsl səbəbini ictimaiyət üçün tam şəffaf və düzgün ifadə etməlidir ki, korreksiyalara ehtiyac yaranan zaman insanlar bunu anlayışla qarşılasın.

Əlqərəz, “ƏDV Geri Al” layihəsi adından da göründüyü kimi bir layihədir. Layihənin isə “konsepsiya”sı, “planlaşdırılma”sı, “icra”sı, “monitorinq”i və “bağlanış”ı, yəni SONu olur. Odur ki, bu layihəyə sadəcə dövrü fürsət kimi baxmaq lazımdır. Onsuz da 5-10 il sonra atalar oğullarına belə deyəcək: “Vaxt vardı, biz çek yığırdıq.”

Eldəniz Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri