Icma.az
close
up
RU
Bataqlıqdan zirvəyə: Cey Di Vensin qəribə yolu Narkoman ananın övladı ABŞ nin vitse prezidentinə necə çevrildi?

Bataqlıqdan zirvəyə: Cey Di Vensin qəribə yolu Narkoman ananın övladı ABŞ nin vitse prezidentinə necə çevrildi?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens (JD Vance) “Amerika arzusu”nun təcəssümüdür. Kasıb ailədən çıxan gənc siyasətçi Ohayo ştatının keçmiş sənaye şəhərciyi Middltonda, uğursuz mühitdə böyüyüb. Amma yoxsulluğun tüğyan etdiyi həmin mühitdən qurtulub, Yel Universitetinin hüquq fakültəsini uğurla başa vuraraq, cəmiyyətin yüksək təbəqəsinə daxil olmağı bacarıb.

Vens 1984-cü ildə 23 yaşlı anasının ikinci övladı kimi dünyaya gəlib. Atası Donald anasının ikinci əri idi. Ana tərəfdən babası Ceyms ömrü boyu “Armco” polad zavodunda çalışaraq, həyat yoldaşı Bonni ilə birgə üç övlad boya-başa çatdırıb.

1970-ci illərdə ABŞ-də sənayenin tənəzzülü fonunda fəaliyyətini dayandıran polad, maşınqayırma və avtomobil fabriklərinin yerləşdiyi ərazilər “Paslı kəmər” adlanırdı. Həmin illərdə Middlton şəhəri, Vensin öz ifadəsilə desək, “ABŞ-nin keçmiş sənaye ehtişamının cılız abidəsinə” çevrilmişdi.

Vensin uşaqlığı təhsildən, cəmiyyətdən uzaqlaşmış insanlar arasında, xaos və zorakılıq şəraitində keçib. Atası onun tərbiyəsinə qarışmayıb, narkoman anası isə yenidən ərə gedib, müxtəlif reabilitasiya mərkəzlərində müalicə alıb. Belə mühitdə böyüyən Vens “problemli uşaq” kimi damğalanıb.

Uzun illər anası ilə bərabər tez-tez evdən-evə köçən Vens üçün yeganə sabit məskən nənə və babasının yanı idi. Onlar nəvələrinin təhsilinə etina ilə yanaşsalar da, gənc oğlanın məktəblə arası heç də yaxşı deyildi.

Babasının vəfatından bir neçə il sonra Vens nənəsinin yanına köçüb. Beləliklə, həyatında müsbət yeniliklər meydana gəlib. Mağazada yarım gün kassir işləməyə başlayıb. Xərclərin çoxluğuna baxmayaraq, kollecdə oxuyub. Dəniz Piyadaları Korpusunda xidmət keçdiyi dövrdə təqribən 1000 dollar aylıq müavinət alıb.

İraqda hərbi xidmətin ardınca onlayn poker oyunlarında qazandığı məbləği gəlirinə qataraq, nənəsinin tibbi sığortasını ödəyib. Pulu qənaətlə xərcləməyi, çek kitabçası tutmağı, investisiya qoymağı öyrənib. “Dəniz piyadalarında xidmət məni yetkinləşdirdi”,- Vens yazır.

2007-ci ildə hərbi xidmətini başa vuraraq, bakalavr təhsilini iki il ərzində Ohayo Dövlət Universitetində uğurla tamamlayıb. 2010-cu ildə Yel Universitetinin hüquq fakültəsinə girib. Hərbi xidmət keçməsi və əlavə maddi yardım alması ağır təhsil xərclərini yüngülləşdirib. Hələ Yel Universitetində oxuyarkən elit hüquq firmalarında yüksəkmaaşlı işlər almağa başlayıb.

Hüquq fakültəsində təhsilini yekunlaşdıraraq, Sinsinnati şəhərindəki ofislərin birində tələbə yoldaşı, sevgilisi Uşa ilə birgə 1 il çalışıb. Onlar 2014-cü ildə evlənərək, Vaşinqtona köçüblər. Uşa federal dairə hakimi Brett Kavanonun ofisində, Vens isə korporativ hüquq firmasında işə düzəlib.

Cütlük sonrakı illərdə ABŞ-nin qərb sahilinə köçüb. Uşa burada “Munger, Tolles and Olson” hüquq firmasının San-Fransisko ofisində işləməyə başlayıb. Vens “Silikon Vadisi”ndə həmfikir mühafizəkar şəxslərlə görüş nəticəsində texnologiya sahəsi ilə maraqlanıb. Biotexnoloji şirkətinə, ardınca da “Paypal”ın keçmiş baş direktoru milyarder Piter Tilin qurduğu “Mithril” vençur firmasına qoşulub.

Vens 2016-cı ildə ailəsinin tarixçəsindən bəhs edən “Hillbilly Elegy” (“hillbilly” - ingiliscə “dağlıq ərazidə yaşayan şəxs” deməkdir) adlı kitabını nəşr etdirib. Həmin kitabın 3 milyon nüsxədən artıq satıldığı bildirilir. CNN və “The New York Times” ondan müsahibələr götürüb. Beləliklə, bütün ölkədə məşhurlaşıb.

Hərçənd, Vens yeni vəzifəsindən məmnun deyildi. Özünün ifadəsi ilə, “liberal quruluş”la yaxından təmas qurduğu üçün narahat idi. 2017-ci ildə Ohayoya qayıdaraq, opioid epidemiyası ilə mübarizə aparmaq naminə təşkilat qurub. Həmin il həyat yoldaşı ABŞ-nin baş hakimi Con Robertsin ofisində işləməyə başlayıb, tezliklə Vaşinqtonda təcrübə keçməyə gedib. Vens isə “AOL”un qurucusu, milyarder Stiv Keyzlə birgə startapları maliyyələşdirmə işinə qayıdıb. Onlar əsasən vençur kapitalının az yatırıldığı Orta Qərbə sərmayə qoyublar.

2019-cu ildə Vens öz vençur şirkəti “Narya”nı təsis edib. (Tilin “Mithril” firması kimi bu şirkətin adı da yazıçı Con Tolkinin “Üzüklərin hökmdarı” trilogiyasına əsaslanır). Onun sərmayələri siyasi mövqeyinə uyğun gəlir. Məsələn, Donald Trampın “Truth Social” platformasının əsas tərəfdaşı, “YouTube”un əsas rəqibi “Rumble”a sərmayə qoyub. İnvestisiya yatırdığı şirkətlər arasında ABŞ Prezidentliyinə keçmiş namizəd Vivek Ramasvaminin “BlackRock” və “Vanguard” ilə rəqabət naminə qurduğu “Strive Asset Management” fond idarə şirkəti də var.

2021-ci ilədək təqribən 3 milyondan 10 milyon dollaracan vençur fonduna və likvid aktivlərə yiyələnmiş Vens siyasətə qoşulmaq qərarına gəlib. Bu biznesdə uzunmüddətli şəriki Piter Til ona Senata seçkilər ərəfəsində əvvəla 10 milyon, ardınca da 5 milyon dəstək ayırıb.

İllər ərzində siyasi baxışı dəyişməyə başlasa da, respublikaçıların dəstəyinə baxmayaraq, Trampa qarşı çıxsa da, vaxt keçdikcə sabiq prezidentə ram olub. Nəticədə Trampın da təqdirini qazanıb. Onun dəstəyi nəticəsində keçmiş demokrat nümayəndə Tim Rayanı Senata seçkilərdə üstələyib. Qələbədən sonra da Trampa sadiq qalan Vens ötən il iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə respublikaçı namizədə sui-qəsd cəhdində Co Baydeni günahlandırmışdı.(AzVision.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Yanvar 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri