“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 57 kq işlənmiş batareya təhvil alınıb FOTO
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.
Ekokönüllülər Əziz Əliyev adına Sumqayıt Tibb Kollecindən və “Araz” supermarketlər şəbəkəsinin Sumqayıt filialından ümumilikdə 57 kq işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verib.
Vətəndaşların, tələbələrin belə təşəbbüslərdə aktiv iştirakı ətraf mühitin qorunması, tullantıların düzgün idarə edilməsinə müsbət təsir göstərir, davamlılıq və ekoloji məsuliyyətin gücləndirilməsinə töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 Dekabr 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















