“Batareyaları ver, təbiəti qoru” layihəsi: Birbank da qoşuldu
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən start verilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə "Birbank" qoşulub. Layihə çərçivəsində "Birbank"ın baş ofisində 30 ədəd, filiallarında isə 119 ədəd xüsusi qutu yerləşdirilib. Artıq bankın müştəriləri və əməkdaşları istifadəyə yararsız elektrik batareyalarını bu qutulara atmaqla təhvil verə bilərlər.
Hazırda müxtəlif dövlət qurumları, şirkətlər, marketlər, təhsil müəssisələri və hotellər də daxil olmaqla 500-dən çox məntəqədə batareya toplama konteynerləri quraşdırılıb. Layihə çərçivəsində 2024-cü ildə 1645 kiloqram işlənmiş batareya toplanıb. Layihənin məqsədi istifadəyə yararsız batareyaların çeşidlənərək xüsusi konteynerlərdə toplanması və təhlükəsiz şəkildə utilizasiyasını təmin etməkdir.
1 may 2022-ci il tarixində başlanan “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ekoloji davamlılığa və sosial rifahın artırılmasına xidmət edir. Geniş auditoriyanı əhatə edən layihə tullantıların düzgün idarə olunmasına dair məlumatlılığı artırmağı hədəf alır. Birbank-ın da qoşulması ilə layihə ölkəmizin bütün regionlarını əhatə etmiş olacaq.
Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən layihə ətraf mühitin mühafizəsi, insan sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması və işlənmiş batareya tullantılarının səmərəli idarə olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 18 Mart 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















