Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

BATE nin baş məşqçisi: Azərbaycan futbolu inkişaf edir EKSKLÜZİV

BATE nin baş məşqçisi: Azərbaycan futbolu inkişaf edir EKSKLÜZİV

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Elbasani"ni penaltilər seriyasında mübarizədən kənarlaşdıran BATE-nin baş məşqçisi Vitali Roqozkin matçdan sonra "Apasport"a müsahibə verib.

- Növbəti mərhələyə vəsiqə qazandınız. Oyunu necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, bu gün meydanda gücləri bir-birinə yaxın olan iki komanda qarşılaşdı. Hər iki tərəfin şansları var idi. Penaltilər bir növ lotereyadır və bu dəfə bəxt bizim tərəfdə oldu.

- Penaltilər seriyasını hazırlaşmışdınız?
- Biz penalti zərbələrini məşq etmirdik. Amma qapıçılar üzrə məşqçimiz ötən mövsümdən qalan məlumatlar əsasında rəqib futbolçuları təhlil etmişdi. Heyətdə qalan oyunçuların hansı istiqamətə zərbə vurduğunu bilirdik. Təxminən kimin hara vuracağını anlayırdıq və bu, bizə çox kömək etdi.

- Sanki futbolçular buna hazır idilər. Vurulan zərbələr bunu deməyə əsas verir...
- Biz ölkə kubokunun finalını da penaltilərlə qazanmışdıq. Oyundan əvvəl futbolçularıma dedim ki, siz bunu artıq bir dəfə bacarmısınız, bu gün də eyni şeyi təkrarlamaq lazımdır. Onlar da özlərinə inandılar və tapşırığın öhdəsindən gəldilər.

- BATE-nin tarixindəki uğurlar hər kəsə bəllidir. Klubu ötən günlərə qaytarmaq üçün nə lazımdır?
- Hazırda əsas məqsədimiz Belarus çempionatındakı vəziyyəti yaxşılaşdırmaqdır. Rəhbərlik, məşqçilər korpusu və bütün klub əvvəlki güclü mövqeyimizi qaytarmaq üçün çalışır. Konfrans Liqasında əlimizdən gələni edəcəyik. Futbolda hər şey mümkündür.

- Azərbaycana daha öncə gəlmişdiniz? Şəhərlərimizi bəyəndiniz?
- İndiyədək yalnız oteldən stadiona gəlmişik və geri qayıtmışıq. Hələ şəhərləri gəzməyə imkan olmayıb. Amma Bakıda qalacağıq və düşünürəm ki, vaxt tapıb şəhərlə yaxından tanış olacağıq. "Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa mənə Bakı haqqında çox danışıb. İndiyə qədər gördüklərim isə çox xoşuma gəlib.

- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynadınız. İnfrastruktur xoşunuza gəldi?
- Çox yaxşı, sırf futbol üçün nəzərdə tutulmuş stadiondur. Hər şey yüksək səviyyədə təşkil olunub. Tribunaların meydançaya yaxın olması oyunun atmosferini daha da gözəlləşdirir.

- Azarkeşlərinizdən uzaq qalmaq, onları yanınızda görməmək oyununuza nə qədər təsir edir?
- Futbol azarkeşlər üçün oynanılır. Onlar olmayanda matç sanki rəsmi oyundan çox yoxlama görüşünü xatırladır. Əgər tribunalar dolu olsaydı, bu, həm futbolçular, həm də azarkeşlər üçün əlavə motivasiya və adrenalin olardı.

- Azərbaycan çempionatında belaruslu Yeqor Boqomolski çıxış edir. Onu tanıyırsınız?
- Onunla şəxsən tanış deyiləm. Amma Belarus çempionatındakı çıxışını yaxşı xatırlayıram. Sürətli və keyfiyyətli hücumçudur, Belarusda özünü yaxşı tərəfdən göstərmişdi. "Neftçi"də oynadığını bilirdim. Siz dedikdən sonra "Zirə"yə keçdiyini öyrəndim.

- Azərbaycan futbolu barədə nə düşünürsünüz? İnkişaf var?
- Azərbaycan futbolunu yaxından izləmirəm. Amma "Qarabağ"ın Avropa kuboklarındakı çıxışlarını hamı kimi mən də izləyirəm. Bu komanda uzun illərdir Çempionlar Liqası və Avropa Liqasında uğur qazanır. İndi isə "Sabah"ın çempion olduğunu bilirəm. Düşünürəm ki, Azərbaycan futbolu inkişaf edir. Bura güclü legionerlər və yaxşı məşqçilər gəlir. Bu da inkişafın göstəricisidir.

Qeyd edək ki, BATE - Elbasani matçı qolsuz bərabərliklə nəticələnib. Penaltilər seriyasında daha dəqiq olan Belarus təmsilçisi növbəti mərhələyə yüksəlib - 5:4.

AL: “Qarabağ” turu keçdi, rəqibi bəlli oldu - YENİLƏNİB KL: “Zirə” növbəti mərhələdə! - YENİLƏNİB DÇ-2026: Argentina finalda! - YENİLƏNİB Laport tarixə düşdü – Doğulduğu ölkəni məğlub etdi DÇ-26: İspaniya finalda! - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 İyul 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri