Vasif Talıbovun həyata keçməyən arzusu KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə həmin müəssisə üçün tikildiyi iddia edilən yeni bina uzun müddətdir yarımçıq vəziyyətdədir.
KONKRET.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Vasif Talıbovun vəzifədən getməsindən sonra inşa işləri dayandırılıb.
Hazırda binanın hansı məqsədlə istifadə olunacağı bəlli deyil. Tikintinin nə üçün yarımçıq saxlanıldığı, layihənin taleyinin necə olacağı ilə bağlı məqamlar da suallar doğurur.
Digər tərəfdən binanın yerləşdiyi ərazidə yeni tikilinin inşasına ehtiyac olmaması da suallar yaradır. Bildirilir ki, Ali Məclisin binası olduğu, iclasların isə mütəmadi keçirilməməsinə rəğmən, belə bir binanın hansı zərurətdən inşa olunması müzakirə mövzusudur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Ali Məclis həmin binanın tikintisi ilə əlaqədar sifarişçi qismində çıxış etməyib:
“Eyni zamanda, qeyd olunan binanın tikintisinin dayandırılma səbəbləri, hazırkı vəziyyəti və gələcək təyinatı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində hər hansı məlumat mövcud deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 Noyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















