Icma.az
close
up
RU
“Bavariya” 1 xala sevindi!

“Bavariya” 1 xala sevindi!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Tur “Auqsburq”un “Leyptsiq”ə qarşı dueli ilə start götürdü.

Qeyri-sabit mövsüm keçirən “öküzlər” qolsuz bərabərliklə kifayətlənməli oldu. Marko Rozenin komandas; son 4 rəsmi oyunda 3-cü dəfə meydanı qolsuz tərk etdi. Amma “Leyptsiq“ hələ də 4-cü pillədədi.
Bu tur bütün diqqətlər, təbii ki, Leverkuzenə yönəlmişdi. Lider “Bavariya”nın ən yaxın izləyicisi və son çempion “Bayer-04”ə qarşı oyunu çempionluq mübarizəsi baxımından mühüm əhəmiyyət daşıyırdı. “Rekordmayster” oyuna 8 xallıq fərqlə çıxmışdı və aydın məsələdi ki, heç-heçə komandanı qane edəcəkdi. Amma istənilən halda “Bavariya”dan bu dərəcədə aciz futbol gözlənilmirdi. Təxminən 20-ci dəqiqədən etibarən meydanda yalnız birtərəfli futbol getməyə başladı. İlk yarıda topun iki dəfə tirə dəydiyi epizodda “Bavariya”nın açıq-aşkar bəxti gətirdi. Fasilədən sonra da oyunun axarı dəyişmədi.
Alonsonun komandası o qədər güclü pressinq edirdi ki, Keyn topu qəbul etmək üçün az qala öz cərimə meydançasına qədər çəkilməli olurdu. Təkcə bir faktı vurğulayaq ki, “Bavariya” XXI əsrdə cəmi 2-ci dəfə bundesliqa matçını “çərçivə”yə zərbə vurmadan tamamladı! İlk belə hal 2008-in mayında “Volfsburq”la oyunda yaşanmışdı. Həmin vaxt Münhen nəhənginə çempionluğu rəsmiləşdirmək üçün 1 xal kifayət edirdi və komanda 0:0 oynayaraq istəyinə çatmışdı. Elə bu dəfə də 1 xal “Bavariya” üçün qələbəyə bərabər idi. Komanda meydana konkret heç-heçə hədəfi ilə çıxmışdı. Hər nə qədər münhenlilərin ifasında belə futbol izləmək qəribə olsa da, fakt budu ki, Vensan Kompaninin komandası sona 12 tur qalmış 8 xallıq fərqi qoruya bildi.
Dortmund “Borussiya”sı xalları sağa-sola paylamaqda davam edir. Qəribədi ki, komanda Çempionlar Liqası kimi çətin turnirdə uğurlu nəticələrlə diqqəti çəkdiyi halda bundesliqada kimə gəldi uduzur. “Bohum” bu qələbə sayəsində 6-cı turdan bəri ilk dəfə sonuncu pillədən qurtuldu və “Holştayn”ı “zirzəmiyə göndərdi”. Yeri gəlmişkən, “Holştayn” özü də bir neçə həftə öncə “Borussiya”nı məğlub etmişdi. Niko Kovaçın başçılığı altında ikinci bundesliqa oyunundan da xalsız ayrılan “arılar”da məğlubiyyət sayının qələbə sayından, eləcə də buraxılan topların vurulan toplardan çox olması diqqəti çəkir. Bu mövsüm digər “Borussiya” – Münhenqladbax təmsilçisi daha inamlı təsir bağışlayır. Səfərdə “Union”u məğlub edən bu komanda son 4 turda 3-cü qələbəsini qazandı. Klayndinst ardıcıl 5-ci turda fərqlənməyi bacardı. O, 2004-dən bəri münhenqladbaxlıların heyətinə bunu bacaran ilk futbolçudu. Ümumiyyətlə, bu tur səfər komandaları üçün çox uğurlu alındı.
“Volfsburq” çətin “Ştutqart” səfərində mükəmməl əzmkarlıq nümayiş etdirdi. 77-ci dəqiqəyə qədər hesabda geridə olan “canavarlar” sonda hesabına 3 xal yazdı. Elə “Hoffenhaym” da Bremendə ilk qolu buraxan tərəf olmasına baxmayaraq, sonda fanatlarını sevindirməyi bacardı. “Kəndçilər” son 11 turda cəmi 2-ci qələbəni bayram etdilər. Maraqlıdı ki, hər iki qələbə səfərdə əldə olunub. “Frayburq” və “Maynts-05” də rəqib meydanında qalib gəlməyi bacardı. Bu tur evdə qələbə qazanan yeganə komanda isə “Ayntraxt” oldu. 3-cü pillədən möhkəm yapışan Frankfurt təmsilçisi rəsmi matçlardakı 4 oyunluq qələbəsiz seriyaya son qoydu.
22-ci tur
Bayer-04 – Bavariya 0:0

(30210)
Bayer-04: Qradetski, Mukiele, Ta, Tapsoba, İnkapye, Caka, Palasios, Frimponq, Qrimaldo (Şik, 90+2), Virts, Tella (Adli, 85).
Bavariya: Noyer, Laymer, Upamekano, Kim Min Ce, İto (Stanişiç, 68), Kimmix, Pavloviç (Qoretska, 68), Olise (Qnabri, 68), Musiala (Boe, 86), Koman (Sane, 68), Keyn.
Bohum - Borussiya D 2:0
Masuras, 33; 35. (26000)
Borussiya: Kobel, Zyule (Kouto, 63), Əmrə Can, Şlotterbek, Svensson, Zabitser (Salih Özcan, 46), Qross (Reyna, 80), Adeyemi (Dyuranvill, 63), Brandt, Gittens (Bayer, 58), Girassi.
Auqsburq – Lеyptsiq 0:0
(28260)
Leyptsiq: Qulaçi, Baku (Nedelkoviç, 82), Qeertruyda, Klostermann, Lukeba (Zayvald, 70), Raum, Aydara, Kampl (Vermeeren, 70), Baumqartner (Openda, 63), Simons, Şeşko (Poulsen, 82).
Ayntraxt F – Holştayn 3:1
Larsson, 18. Tuta, 37. Can Uzun, 60 – Porat, 73. (57700)
Ayntraxt: Trapp, Kristensen, Kollins, Tuta, Teate, Braun (Nkunku, 71), Larsson, Höylunn (Mahmud Dahud, 50), Götse, Can Uzun (Vahi, 71), Ekitike (Bahoya, 90+1).
Ştutqart – Volfsburq 1:2
Voltemade, 72 – Tomas, 77. Amura, 87-p. (59000)
Sankt Pauli – Frayburq 0:1
Troy, 89-öz qapısına. (29546)
Union - Borussiya M 1:2
İliç, 63-p. – Ulrix, 10. Klayndinst, 26. (20000)
Verder – Hoffеnhaym 1:3
Nsoki, 7-öz qapısına – Stax, 28. Bişof, 44. Orban, 63. (39400)
Haydenhaym – Maynts-05 0:2
Burkardt, 28. Vayper, 49. (15000)
1. Bavariya 22 17 4 1 65-19 55
2. Bayer-04 22 13 8 1 49-27 47
3. Ayntraxt F 22 12 6 4 49-29 42
4. Leyptsiq 22 10 7 5 36-29 37
5. Frayburq 22 11 3 8 29-36 36
6. Maynts-05 22 10 5 7 35-24 35
7. Ştutqart 22 10 5 7 40-33 35
8. Borussiya M 22 10 4 8 35-32 34
9. Volfsburq 22 9 6 7 45-36 33
10. Verder 22 8 6 8 35-42 30
11. Borussiya D 22 8 5 9 37-38 29
12. Auqsburq 22 7 7 8 24-35 28
13. Union 22 6 6 10 21-29 24
14. Sankt Pauli 22 6 3 13 18-25 21
15. Hoffenhyaym 22 5 6 11 29-45 21
16. Haydenhaym 22 4 2 16 25-45 14
17. Bohum 22 3 5 14 21-46 14
18. Holştayn 22 3 4 15 34-57 13
Bombardirlər: Keyn (Bavariya) – 21, Marmuş (Ayntraxt F) – 15, Şik (Bayer-04), Klayndinst (Borussiya M) – 13.
Növbəti turun oyunları fevralın 21-23-ü aralığında keçiriləcək: Bavariya – Ayntraxt F, Borussiya M – Auqsburq, Borussiya D – Union, Frayburq – Verder, Hoffеnhaym – Ştutqart, Holştayn – Bayеr-04, Maynts-05 – Sankt Pauli, Lеyptsiq – Haydenhaym, Volfsburq – Bohum.
Turun rəqəmi
6 – “Bavariya” ilə bərabərlik hər nə qədər “Bayer-04” üçün qənaətbəxş nəticə sayılmasa da, statistika baxımından Xabi Alonso yenə mühüm göstəriciyə nail oldu. İspaniyalı mütəxəssis “Bavariya”ya qarşı məşqçi kimi keçirdiyi 6-cı rəsmi oyunda da məğlubiyyət acısı yaşamadı (3 qələbə, 3 heç-heçə)! Bununla da Alonso Almaniya futbolunda özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırdı. Alonsoya qədər rekord əfsanəvi Ernst Happelə məxsus idi. Avstriyalı mütəxəssis 1980-ci illərdə “Hamburq”un başında münhenlilərə qarşı ilk 4 oyunda məğlub olmamışdı.
Turun ulduzu
Georgios Masuras (Bohum) – uzun illər “Olimpiakos”da çıxış edən və bu qış “Bohum”a gələn təcrübəli yunanıstanlı forvard bundesliqada ilk ev oyununda mükəmməl performans ortaya qoydu. Masuras Almaniya karyerasında ilk qollarını ÇL-in son finalçısı statusunda olan Dortmund “Borussiya”sı ilə oyunda vurdu. Autsayder məhz bu qolların sayəsində sürpriz qələbə qazandı.
Turun sitatı
Mnuel Noyer, “Bavariya”nın qapıçısı və kapitanı:

“Nəticədən razıyıq. Düzdü, rəqib qapısı önündə ciddi təhlükə yarada bilmədik. “Bayer-04” çox inamlı təsir bağışladı və oyunboyu üzərimizdə təzyiq qurdu. Ona görə də 1 xalı bizim üçün qənaətbəxş nəcitə saymaq olar. Həftəboyu müdafiə üzərində çox çalışdıq. Bu da öz bəhrəsini verdi. Bu gün bizim üçün ən önəmlıisi uduzmamaq idi və bu hədəfə çatdıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri